Yeni məqsədlər, gözəl fürsətlər, hədəflərimiz...

Yeni məqsədlər, gözəl fürsətlər, hədəflərimiz...

Yeni məqsədlər, gözəl fürsətlər, hədəflərimiz...

İşləri vaxtında həyata keçirmək və təyin olunmuş hədəflərə çatmaq üçün yol xəritəsi

Hər bir müəssisənin öz məqsədləri, hədəfləri olduğu kimi, Kaspi liseylərinin də öz məqsədləri və hədəfləri vardır.

Kaspi liseyləri olaraq təlim və tədrisin keyfiyyətinin artırılmasında qarşıya qoyulan hədəflərə çatmaq prioritet məqsədlərdən biridir.

Fəaliyyətlərin izlənilməsi, qarşıda qoyulan hədəflərə istiqamətlənmək, il ərzində akademik fəaliyyətlərin icrasına nəzarət və ardıcıllığı qorumaq üçün tədris ilinin əvvəlində “İllik iş təqvimi” tərtib olunub.

Fənn rəhbərləri, sosial rəhbərlər, direktor müavinləri, məktəb direktorları il ərzində həyata keçiriləcək fəaliyyətlərini “İş təqvimi”nə daxil ediblər. Bu da bizə işləri vaxtında həyata keçirmək və təyin olunmuş hədəflərə çata bilməyimiz üçün yol xəritəsidir.

Əvvəlcə məqsəd və hədəfin nə olduğunu müəyyən edək...

Məqsəd hədəfdən öncə formalaşır. Məqsəd istəklərimizdən qaynaqlanır, hərəkətə keçmə mərhələsində ilk addımdır. İstəklərimizin birini seçib, onu həyata keçirməyə qərar vermək həmin istəyi məqsəd kimi görməkdir. Yəni artıq istəyimizi müəyyən vaxt ərzində nail olunmalı məqsəd kimi görüb hərəkətə keçməliyik.

Hədəf isə nail olmaq, istədiyimiz xüsusiyyəti, qabiliyyəti, bacarığı hansı yollarla əldə edəcəyimizi müəyyənləşdirməkdir.

Məqsədimiz şagird nəailiyyətini daha da artırmaqdır. Bunun üçün əvvəlki illərdə görülən işləri, yəni Formativ qiymətləndirmələri, Kiçik və Böyük summativ qiymətləndirmələri, bacarıq qiymətləndirmə imtahanlarını, şagird bacarıqlarının formalaşmasında rolu olan ekskursiyaları və dərnək fəaliyyətlərini nəzərdən keçirərək mənfi və müsbət tərəfləri təhlil edilir.

Artıq bu təhlillər aparılıb və şagirdlərin akademik hədəfləri təyin edilib.

0-100 nisbi bal arası başlanğıc hədəf

Hər sinif üzrə tədris olunan fənlər üçün 0-100 nisbi bal arası başlanğıc hədəf təyin edilib.

Başlanğıc hədəfi şagirdlərin əvvəlki tədris ilindəki ortalama balı ilə ilin əvvəlindəki diaqnostik nəticənin ortalaması təşkil edir. Hədəflər 8-ci sinfə qədər KSQ və BSQ imtahanlarının nəticələrinə əsasən yenilənir. 9-11-ci sinif şagirdləri üçün isə Buraxılış sınaq imtahanları və Mövzu sınaq imtahanları üçün hər sınaq imtahanının nəticəsi elan olunduqdan sonra yenilənir. Şagird hədəfləri C (41-60), B (61-80), A(81-100) olaraq dərəcələndirilir.

9-11-ci siniflərdə buraxılış və blok fənləri üzrə hər ay 1 sınaq imtahanı təşkil edilir. Sınaq imtahanı nəticələri təhlil edilir və yeni hədəflər təyin olunur.

Xaricdə oxumaq arzusunda olan abituriyentlər üçün SAT,     İELTS dərsləri təşkil edilir;

Xüsusi istedada malik şagirdlərin Respublika fənn müsabiqələrinə, Respublika fənn olimpiadalarına hazırlaşmaları üçün şərait yaradılır və onlar üçün dərslər təşkil edilir;

Artıq yeni tədris ilindən dəyişən dünyanın maraqlarını nəzərə alaraq 9-cu siniflərdə yeni  “Liderlik və Menecment” fənni tədris edilməyə başlanıb. Fənnin tədrisi təmayül sinfindən asılı olmayaraq bütün şagirdləri əhatə edir. Fənnin tədrisinin əsas məqsədi akademik nəticələr ilə yanaşı, müxtəlif sahələrdə minimum bacarıqların formalaşdırılması və dünyagörüşünün artırılmasıdır.

Bacarıqların inkişaf etdirilməsi üçün

Şagird nailiyyətlərinin artırılmasında bacarıqların inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Şagird bacarıqlarının inkişaf etdirilməsi, qabiliyyətlərinin ortaya çıxarılması üçün layihə olimpiadalarında iştiraka şəraitin yaradılması, bu istiqamətdə dərslər və təlimlərin keçirilməsi, dərnək fəaliyyətləri, fənnlər üzrə ekskursiyalar, bacarıq imtahan mövzularının işlənilməsi, laborator  təcrübələrin aparılması  təşkil edilir.

Şagirdlərin əldə etdikləri bacarıqların tətbiqi üçün fənn həftələri, sosial yardımlaşma tədbirləri, bayram tədbirləri, konfransların keçirilməsi kimi fəaliyyətlərdə real şərait yaradılır.

Müəllim əməyi

Təbii ki, bütün proseslərin həyata keçirilməsində müəllim əməyi dayanır. Müəllimlərimiz şagirdlərin nəticələrini təhlil edir, hədəflərini təyin edir, şagirdlərlə müzakirələr aparır,  akademik və sosial inkişafını izləyir.

İl ərzində şagirdlərin müxtəlif akademik və sosial fəaliyyətlərdə iştirakı planlaşdırılır. Bu fəaliyyətlərə Respublika Fənn Olimpiadaları, STEAM Azərbaycan festivalı, Kembric imtahanları, AMO, SASMO riyaziyyat layihə olimpiadaları, “Destination Imagination” fəaliyyətləri, GENİUS olimpiadası, Kaspi “bilik sərgisi”, Fənn həftələri, dərnəklərin hesabat tədbiri və s. kimi akademik və sosial fəaliyyətlər daxildir.

Namik Cümşüdov,

Kaspi Liseyləri üzrə akademik kurator

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız