Kaspi Ağ Şəhər liseyində 3-cü sinif şagirdləri üçün master-klass keçirilib.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan master-klassda şagirdlər valideynləri ilə bir araya gəliblər.
Tədbir zamanı tort və peçenyelər bəzədilib, uşaqlar və valideynlər birgə oyunlar vasitəsilə həmrəy olmağın, paylaşmağın və birlikdə olmağın dəyərini hiss ediblər.
Bayram ab-havasında keçən master-klass Yeni ilin sevincini və Həmrəyliyin mənasını özündə əks etdirib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.