“Yaşıl addımlar” layihəsinə start verilib

“Yaşıl addımlar” layihəsinə start verilib

“Yaşıl addımlar” layihəsinə start verilib

Kaspi Təhsil Şirkətindən “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

kaspi.edu.az xəbər verir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işləri daha da genişləndirmək məqsədi daşıyır.

Kaspi Təhsil Şirkəti də öz növbəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə “Yaşıl addımlar” layihəsi ilə töhfə verəcək. Layihə çərçivəsində Kaspi müəssisələrində iməclik və ağacəkmə aksiyalarının keçirilməsi, şagirdlər və kiçik yaşlı uşaqlar arasında maarifləndirmə və s. istiqamətdə işlərin aparılması nəzərdə tutulub.

Layihənin icrası haqqında məlumatlar mütəmadi olaraq KTŞ-nin informasiya resurslarında və sosial platformalarında paylaşılacaq.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız