Həmrəylik Günü və Zəfər Bayramına həsr olunan Bilik yarışı

Həmrəylik Günü və Zəfər Bayramına həsr olunan Bilik yarışı

Həmrəylik Günü və Zəfər Bayramına həsr olunan Bilik yarışı

Müəllim və şagirdlərdən ibarət komandalar mübarizə aparıb

Kaspi Bakıxanov liseyində Həmrəylik Günü və Zəfər Bayramı münasibətilə bilik yarışı təşkil olunub. Tədbirdə müəllimlər və şagirdlərdən ibarət komandalar iştirak edib.

Liseydən Kaspiliseyi.az-a verilən məlumata görə, yarış şagirdlər arasında milli-mənəvi dəyərlərin təbliği, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə həyata keçirilib: “Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışında iştirakçılar müxtəlif mövzular üzrə bilik və bacarıqlarını nümayiş etdirdi, tədbir yüksək əhval-ruhiyyə ilə yadda qaldı. Bu cür tədbirlər liseyimizdə təlim-tərbiyə prosesinin daha da zənginləşdirilməsinə xidmət edir”.

Kaspi Liseyində müxtəlif fənnlər üzrə Bilik yarışlarının keçirilməsi ənənəsi mütəmadi olaraq davam etdirilir.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız