Həm maarifləndirici, həm də motivasiyaedici görüş
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Həm maarifləndirici, həm də motivasiyaedici görüş
- 19 Dekabr 2025
Həm maarifləndirici, həm də motivasiyaedici görüş
Kaspi Təhsil Şirkətinin rəhbərliyi şagirdlərlə görüşüb
Kaspi Bakıxanov liseyində 9-cu sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, KTŞ-nin baş icraçı direktoru Elşən Əliyev, Kaspi liseyinin akademik direktoru Namiq Cümşüdov və liseyin direktoru Cahid Hüseynov iştirak ediblər.

Liseydən verilən məlumatda bildirilir ki, tədbirin əsas məqsədi şagirdlərin təhsil prosesinə yanaşmalarını gücləndirmək, onların mövcud dərs hazırlığı səviyyəsini dəyərləndirmək və qarşıdakı illər üçün düzgün akademik planlama aparmalarına dəstək olmaqdır: “Görüş zamanı şagirdlərin fənlər üzrə hazırlıq durumu, mövcud imtahan nəticələri və bu nəticələrin təhlili ətraflı müzakirə edilib. KTŞ-nin rəhbər şəxsləri imtahanlara sistemli hazırlaşmanın əhəmiyyətini vurğulayıb, vaxtın düzgün idarə olunması, mütəmadi təkrar və məqsədyönlü çalışma üsulları barədə tövsiyələr veriblər. Eyni zamanda, şagirdlərin maraq və bacarıqlarına uyğun ixtisas seçimlərinin gələcək karyera uğurlarında həlledici rol oynayacağı diqqətə çatdırılıb.

S.Vəliyeva şagirdlərə məqsədlərinə inamla addımlamağı, biliklərini davamlı inkişaf etdirməyi və seçimlərində məsuliyyətli olmağı tövsiyə edib. “Lisey rəhbərliyi və müəllim heyəti hər zaman sizə dəstək göstərməyə hazırdır. Hər bir istəyinizi, xahişinizi və ürək sözlərinizi onlara deyə, kömək istəyə bilərsiniz. Biz hamımız sizni yanınızdayıq”.

Görüş interaktiv müzakirə formatında davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və fərdi təhsil planları ilə bağlı faydalı məsləhətlər verilib.

Tədbir şagirdlər üçün həm maarifləndirici, həm də motivasiyaedici bir görüş kimi yadda qalıb.
Kaspiliseyi.az

