“Valideynlik sənətinin incəsənəti” adlı konfrans keçiriləcək

“Valideynlik sənətinin incəsənəti” adlı konfrans keçiriləcək

“Valideynlik sənətinin incəsənəti” adlı konfrans keçiriləcək

Konfrans maarifləndirmə məqsədi daşıyır

Kaspi Təhsil Şirkətinin Məktəbəqədər Müəssisələri Departamenti “Valideynlik sənətinin incəsənəti” adlı I Valideyn Konfransı keçirəcək. KTŞ-nin “Special School” və ”Special Kids” Məktəb Tipli Reabilitasiya Mərkəzləri ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan konfrans 3 iyun tarixində baş tutacaq.

Konfrans azyaşlı uşaqların (0-6 yaş) valideynləri üçün nəzərdə tutulub. Əsas məqsəd valideynlərə övladlarının inkişaf mərhələrini daha yaxşı anlamağa kömək etmək və onları insan həyatının ən vacib dövrü olan erkən uşaq inkişafının əsasları və mühüm mərhələləri ilə tanış etməkdir.

Konfransın maarifləndirmə məqsədi daşıdığını deyən Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü Əli İsgəndərov kaspi.edu.az-a bildirib ki, Kaspi Təhsil Şirkəti artıq 16 ildir ki, Azərbaycan təhsilinə öz tövhəsini verir. Belə ki, insan həyatının ən vacib mərhələsi olan erkən uşaq inkişafının doğru təşkili 10000-lərlə azyaşlının sağlam və savadlı yetişməsinə səbəb olub: “Əsas missiyamız valideynlərin daim yanında olaraq Azərbaycanda təhsil alıb inkişaf edən hər bir uşağa doğru dəstək olmaqdır”.

Konfransın proqramı geniş və əhatəlidir.

Mövzular:

• 3 P - Pozitiv Valideynlik Proqramı. Yaradıcı və tənqidi təfəkkürün inkişafını dəstəkləmək ilə bağlı məlumat veriləcək. Elmir Təhməzov

• 3T - Təlim, Tərbiyə və Təhsil. 0-6 yaş dövründə təhsilin vacibliyi, valideynlərin təlim-tərbiyədə iştirakının əhəmiyyəti, məktəbə adaptasiya haqqında danışılacaq. Ülkər Babayeva

• 3 D - Düşüncə, Davranış və Duyğu. Uşaqların bu sahələrdə məktəbəqədər dövründə rastlaşan çətinliklərdən danışılacaq. Vəfa Şirinova

• 3 İ - İnfeksiya, İnkubasiya və İnyeksiya. 0-6 yaş uşaqlarında tez-tez rastlaşan xəstəliklərdən və profilaktik tədbirlərdən məlumat veriləcək. Lalə Nəzərli

Konfransın moderatoru həkim-psixiatr, Dr. Orxan İsgəndərov, spikerləri - psixiatr-psixoterapevt, Dr.Elmir Təhməzov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, professor Ülkər Babayeva, həkim-psixiatr Dr. Vəfa Şirinova,  pediatr-neonatoloq, Dr.Lalə Nəzərovadır.

Konfrans 03 may tarixində Holiday İnn Hotelin Baku Ball zalında saat 10.00-dan15.00-dək baş tutacaq. Konfransa giriş ödənişlidir (biletin qiyməti 20 AZN)

Əlavə məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Telefon: *7878; (+994) 55 515 78 78

e-mail: [email protected]

web page: www.kaspi.edu.az

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız