“Valideynlər yarışır”

“Valideynlər yarışır”

“Valideynlər yarışır”

Yarışda ümumilikdə 26 valideyn iki komanda - "Yaşıl" və "Qırmızı" olmaqla mübarizə apardı.

Kaspi Liseyi Ağ Şəhər filialında liseyin 5-ci sinif şagirdlərinin valideynləri arasında "Valideynlər yarışır" adlı məntiq oyunları yarışması keçirilib.

Liseyin direktor müavini Fidan Səfərova tədbiri açıq elan edərək bildirib ki yarışın təşkilində əsas məqsəd valideyn-müəllim-şagird münasibətlərini dərs mühitindən fərqli mühitdə inkişaf etdirmək, valideyn və şagirdlərin əyləncəli və səmərəli zaman keçirməyini təmin etməkdir: “Həmçinin, 5-8-ci sinif kurasiyasının ən kiçik üzvləri olan 5-ciləri sevindirmək idi”. 

Yarışda ümumilikdə 26 valideyn iki komanda - "Yaşıl" və "Qırmızı"lar mübarizə aparıb: “Şagirdlərin hakim olduğu oyunları valideynlər maraqla və həvəslə oynayır, xal toplamağa çalışaraq övladları üçün mükafat qazanmağa cəhd edirdilər”.

Sonda hər komanda üzvünün topladığı xallar cəmlənərək qalib komanda – “Yaşıllar” elan edilib.

Yarışı qazananlara mükafatlar təqdim olunub. Tədbirdə xatirə şəkli çəkilərək çay süfrəsi arxasında müzakirələr davam etdirilib.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız