Valideyn–müəllim əməkdaşlığı

Valideyn–müəllim əməkdaşlığı

Valideyn–müəllim əməkdaşlığı

Şagirdin həm akademik, həm də sosial inkişafı üçün

Kaspi Ağ Şəhər liseyi tərəfindən V-VIII siniflərin valideynlərini və müəllimlərini əhatə edən fərdi formatda görüşlər təşkil edilib.

Görüşlərin əsas məqsədi hər bir şagirdin tədris prosesindəki inkişaf dinamikasını fərdi şəkildə təhlil etmək, fənn nəticələrini valideynlə bərabər müzakirə etmək, pedaqoji yanaşmaların effektivliyini artırmaq və valideyn–müəllim əməkdaşlığını gücləndirmək olub.

Liseydən verilən məlumata görə, fərdi görüşlər zamanı hər şagirdin tədris göstəriciləri ayrıca təqdim edilib, onun inkişaf xəritəsi, təlim motivasiyası və fənlər üzrə mövcud vəziyyəti müəllim tərəfindən valideynə detallı şəkildə izah olunub: “Müəllimlər cari tədris dövründə tətbiq olunan metodik yeniliklər barədə məlumat verib, şagirdin psixoloji uyğunlaşması, sosial bacarıqları və təlimə münasibəti ilə bağlı valideynlə geniş müzakirələr aparıblar”.

Görüşlər qarşılıqlı dialoq şəklində davam edib, valideynlərin sualları cavablandırılıb və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş həmrəy yanaşmalar formalaşdırılıb.

Tədbirdə vurğulanıb ki, valideyn–müəllim əməkdaşlığı şagirdin həm akademik, həm də sosial inkişafında mühüm rol oynayır və növbəti mərhələlər üzrə birlikdə strateji fəaliyyət xətləri müəyyənləşdirilib.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız