V-VIII sinif şagirdlərinin valideynləri ilə görüş
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- V-VIII sinif şagirdlərinin valideynləri ilə görüş
- 11 Sentyabr 2025
V-VIII sinif şagirdlərinin valideynləri ilə görüş
Görüşdə qarşıdan gələn tədris ilinə hazırlıq işlərinin əsas istiqamətləri, planlaşdırılan tədbirlər və pedaqoji prosesin təşkilində nəzərdə tutulan yeniliklər barədə məlumat verilib
Kaspi Ağ Şəhər liseyində Azərbaycan bölməsi üzrə V-VIII sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.
Tədbir çərçivəsində lisey direktorunun V-VIII siniflər üzrə müavini Fidan Səfərova geniş məruzə ilə çıxış edərək valideynləri qarşıdan gələn tədris ilinə hazırlıq işlərinin əsas istiqamətləri, planlaşdırılan tədbirlər və pedaqoji prosesin təşkilində nəzərdə tutulan yeniliklər barədə məlumatlandırıb. Çıxış zamanı qeyd olunub ki, yeni tədris ili çərçivəsində yalnız akademik biliklərin verilməsi ilə kifayətlənilməyəcək, eyni zamanda şagirdlərdə analitik və yaradıcı təfəkkürün inkişafı, sosial bacarıqların formalaşdırılması, həmçinin milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində strateji hədəflər qarşıya qoyulub. Bununla yanaşı, şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması, onların maraq və qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi və hər bir şagirdin potensialının maksimum dərəcədə üzə çıxarılması üçün müəllimlər tərəfindən diferensial yanaşmaların tətbiq olunmasının zəruriliyi xüsusi vurğulanıb.
Valideynlərlə aparılan müzakirələr zamanı məktəb–ailə əməkdaşlığının rolu da diqqət mərkəzində saxlanılıb, bu əməkdaşlığın həm tədris keyfiyyətinin yüksəldilməsi, həm də şagirdlərin sosial-mənəvi inkişafına mühüm təsir göstərdiyi qeyd edilib. Çıxışda həmçinin yeni tədris ilinə hazırlıq mərhələsində kollektivin birgə fəaliyyətinin əhəmiyyəti, təlim və tərbiyə prosesində məqsədyönlü yanaşmaların tətbiqi və davamlı inkişafın təmin olunması məsələləri də ön plana çəkilib.
Görüş ümumilikdə, valideynlərin məktəb həyatında daha fəal iştirakını təşviq etməklə yanaşı, yeni tədris ilinin daha uğurlu başlanmasına, şagirdlərin təhsil və tərbiyə prosesində yüksək nailiyyətlərinin əldə edilməsinə xidmət edən mühüm bir platforma kimi dəyərləndirilib.
Kaspi.edu.az