Kaspi Bakıxanov liseyində 1-ci siniflərin iştirakı ilə “Payızın əl izi” adlı tədbir keçirilib.
31 oktyabrda keçirilən tədbirdə Liseyin direktoru Cahid Hüseynov da iştirak edib. Direktor tədbiri giriş sözü ilə açaraq şagirdlərə uğurlar arzulayıb. “Tədbirdə şagirdlər mahnı və rəqs ifası ilə çıxış etdilər. Balacaların özlərinə güvənli şəkildə ifa etdikləri rəqs, kompozisiya və xor ifaları onları izləyən valideyn və müəllimlərini çox məmnun etdi. Eyni zamanda, şagirdlərin valideynləri ilə birlikdə hazırladıqları əl işləri sərgiləndi”- deyə Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva kaspi.edu.az-a məlumat verib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.