“New Year Fest - Mit Deutsch!” adlı tədbir keçirilib
22 Dekabr 2025
“New Year Fest - Mit Deutsch!” adlı tədbir keçirilib
Şagirdlər səhnəciklər nümayiş etdirib, rəqs və mahnılar ifa ediblər
Kaspi Bakıxanov liseyinin “Cambridge” bölməsinin 4H sinfinin “New Year Fest - Mit Deutsch!” adlı tədbiri uğurla keçirilib.
Liseydən verilən məlumata görə, tədbir zamanı şagirdlər rəqs nömrələri, müxtəlif dövrlərə aid yeni il adət-ənənələri mövzusunda layihələr nümayiş etdiriblər.
Şagirdlərin həmçinin alman dili üzrə bilik və bacarıqlarını əks etdirın teatr səhnəcikləri və mahnılar maraqla qarşılanıb.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.