“Effektiv ünsiyyət və dostluq həyatın açarı” mövzusunda seminar keçirilib
Kaspi Ağ Şəhər liseyində “Effektiv ünsiyyət və dostluq həyatın açarı” mövzusunda seminar təşkil olunub. Seminar liseyin məzunu, psixoloq Əsmər Umudzadə tərəfindən keçirilib.
Psixoloq qeyd edib ki, ünsiyyət bacarığı hər sahədə – məktəbdə, ailədə, dostlar arasında və gələcək iş həyatında ən vacib faktor hesab olunur: “Düzgün ünsiyyət qura bilmiriksə, dostluqlarımızda problemlər yaşanır, hətta ən yaxın insanlar arasında anlaşılmazlıqlar baş verir. Amma ünsiyyəti düzgün qurduqda insanlar arasında mehribanlıq, güvən və dəstək yaranır”.
Psixoloq qeyd edib:
-Ünsiyyət bacarıqlarının əhəmiyyətini anlamaq;
-Dostluq münasibətlərini sağlam qurmaq yollarını öyrənmək;
-Sosial həyat və akademik uğur üçün düzgün ünsiyyət vərdişləri əldə etmək.
Psixoloq Ünsiyyətin məqsədləri haqda danışıb:
İnsanlarla əlaqə qurmaq;
Fikirlərimizi və duyğularımızı ifadə etmək;
Münaqişələrin həllini asanlaşdırmaq;
Sosial çevrədə uğur qazanmaq;
Seminarda şagirdlərin sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.