Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

10 May -Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür

Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Müasir Azərbaycan tarixindən söhbət düşəndə öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır.

kaspi.edu.az xəbər verir ki, Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ölkəmizdə və xarici ölkələrdə qeyd olunur.

Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı Heydər Əliyevin adı ilə bağlıdır.  Azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub.

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyev xalqımıza bu il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İnsanlar doğma yurdlarına qayıdırlar.

Kaspi Təhsil Şirkətinin bütün müəssisələrində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan tədbirlər keçirilir. Dərslərdə şagirdlərə Ümummilli Liderin hamıya örnək olan ömür yolu, Azərbaycanın çiçəklənməsi uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verilir.  

Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız