“Toyota- Arzuların maşını” 17-ci Beynəlxalq Rəsm Müsabiqəsinin qalibləri seçilib

“Toyota- Arzuların maşını” 17-ci Beynəlxalq Rəsm Müsabiqəsinin qalibləri seçilib

“Toyota- Arzuların maşını” 17-ci Beynəlxalq Rəsm Müsabiqəsinin qalibləri seçilib

Qaliblər arasında Kaspi Liseyinin şagirdləri də var

“Toyota- Arzuların maşını” 17-ci Beynəlxalq Rəsm Müsabiqəsinin milli seçim mərhələsi yekunlaşıb.

Müsabiqədə 206 uşaq iştirak edib. İştirakçılar 3 kateqoriya üzrə bölünüb: kiçik (1-7 yaş), orta (8-11 yaş) və böyük (12-15 yaş) qruplarını əhatə edib. “Toyota - xəyallarımdakı avtomobil” (Toyota Dream Car Art Contest) müsabiqəsi iki mərhələdə keçirilir.

Birinci mərhələ Azərbaycanda, ikinci - beynəxalq müsabiqə Yaponiyada keçiriləcək. Milli turda qalib olan 9 rəsm Yaponiyadakı müsabiqəyə qatılacaq. Bu yarışma “Toyota”nın 17-ci rəsm müsabiqəsidir.

Ödənişli rəsm klubunun rəhbəri Qənirə Əsgərova kaspi.edu.az-a müsabiqənin məqsədi haqqında məlumat verərək bildirdi ki, yarışmanı keçirməkdə məqsəd həm şagirdlərin yaradıcılıq təxəyüllünü inkişaf etdirmək, həm də qabiliyyətlərini üzə çıxarmaqdır: “Toyota” şirkəti dünyanı gözəlləşdirən, insanlara xeyir verən, ekoloji təmiz, fantastik, xəyal etdiyi və hamının xoşbəxt olacağı gələcəyin maşınının ixtirasıdır. Mən də bir müəllim kimi istədim ki, Kaspi Liseyinin şagirdləri öz innovativ, yeni ideyalarını “Toyota” şirkəti ilə bölüşsünlər. Çünki şagirdlərimizin çox gözəl ideyaları var”.

Qeyd edək ki, Milli müsabiqənin 9 qalibi “Toyota  Mərkəzi” tərəfindən beynəlxalq sertifikat və hədiyyə ilə mükafatlandırılıb. Müsabiqənin dünya üzrə qalibi isə “Toyota” tərəfindən pul mükafatı və sertifikat ilə təltif ediləcək.

Yerli mərhələnin qalibləri arasında Kaspi Liseyinin şagirdlərinin yer alması sevindiricidir. Belə ki, Kaspi Bakıxanov Liseyinin şagirdi Sona Məmmədli (6B) – I yerə, Samid Əlizadə (1E)-2-ci yerə (Ağ Şəhər Liseyi), İnci İmanlı (B1) -III yerə layiq görülüblər. Nuray İsrafilzadə (A2) isə yaradıcılıq axtarışlarına görə 206 iştirakçı arasından seçilib.

Kaspi Təhsil Şirkəti müsabiqədə qalib olan şagirdlərimizi təbrik edir və beynəlxalq mərhələdə uğurlar qazanmasını diləyir!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız