Təqaüd imtahanının qalibləri ilə görüş

Təqaüd imtahanının qalibləri ilə görüş

Təqaüd imtahanının qalibləri ilə görüş

Akademik bilik və bacarıqları ilə seçilən şagirdlərə məktəb rəhbərliyi tərəfindən təltif sertifikatları və müxtəlif dərəcəli təqaüdlər təqdim edilib.

Kaspi Ağ Şəhər liseyində hər il ənənəvi olaraq keçirilən təqaüd imtahanının qalibləri ilə görüş baş tutub. Tədbir həm liseyin uğurlu tələbələrini təbrik etmək, həm də onların nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyıb.

Tədbirdə çıxış edən liseyin rəhbəri Həsən Həsənov bildirib ki, təhsil sahəsində bu cür təşəbbüslər şagirdləri daha böyük hədəflərə səsləyir və onların inkişafına ciddi töhfə verir: “Təqaüd proqramımızın əsas məqsədi – istedadlı və çalışqan şagirdləri dəstəkləmək, onların potensialını üzə çıxarmaq və təşviq etməkdir. Bu proqram çərçivəsində şagirdlər akademik göstəricilərinə uyğun olaraq fərqli səviyyəli təqaüdlərlə mükafatlandırılırlar.

Onların təhsilə olan maraqları və zəhmətləri yüksək qiymətləndirilir. Kaspi Liseyi olaraq, ölkəmizin gələcəyini formalaşdıran gənc beyinləri dəstəkləməyə davam edəcəyik”.

Təqaüd imtahanında yüksək nəticələr göstərərək akademik bilik və bacarıqları ilə seçilən şagirdlərə məktəb rəhbərliyi tərəfindən təltif sertifikatları və müxtəlif dərəcəli təqaüdlər təqdim edilib.

Qalibləri bir daha təbrik edir, gələcək təhsil və karyeralarında daha böyük uğurlar arzulayırıq!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız