Robert Driver ilə virtual görüş keçirilib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Robert Driver ilə virtual görüş keçirilib
- 03 İyun 2025
Robert Driver ilə virtual görüş keçirilib
“Explore the World of Opera with Robert Driver”
Kaspi Ağ Şəhər liseyində 5-8-ci sinif şagirdlərinin iştirakı ilə İngilis dili fənni çərçivəsində Royal Opera House-un sabiq direktoru və rejissoru Robert Driver ilə virtual görüş keçirilib.
Görüşün əsas məqsədi İngilis dili dərsində keçirilmiş “Music” mövzusunu daha da genişləndirmək, sənətkarın gözü ilə klassik musiqi dünyasına səyahət etmək idi.
Bu görüş təkcə təqdimatla məhdudlaşmadı, əsl interaktiv dialoqa çevrildi”- deyə liseydən verilən məlumatda bildirilir.
Görüş zamanı Robert Driver klassik musiqi dünyasının ən məşhur dörd operasından parçalar təqdim edib və bu əsərlərin arxasında gizlənən maraqlı hekayələri şagirdlərlə bölüşüb.
Şagirdlər fəallıqları və maraqlı sualları ilə görüşə xüsusi rəng qatıblar. Məktəblilərin suallarını məmnuniyyətlə cavablandıran Robert Driver fikirlərini səmimi şəkildə paylaşıb.
“Görüşün ən yaddaqalan məqamlarından biri Robert Driverin Azərbaycana olan səmimi marağı və sevgisi oldu. O, ölkəmizə etdiyi səfərdən bəhs etdi, Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlığından danışdı. Xüsusilə Azərbaycan xalçalarına olan heyranlığını vurğulayan Robert evində bir neçə nadir Azərbaycan xalçasının olduğunu bildirdi. Onun sözlərinə görə, bu xalçalar təkcə dekorativ əşyalar deyil, Azərbaycan xalqının qədim sənətinə və tarixinə olan dərin hörmətin təcəssümüdür.
Görüşün zirvə nöqtəsi isə Robert Driverin fortepianoda canlı ifası oldu. Onun hər notu gənclərin qəlbində unudulmaz izlər buraxdı və onlara musiqi ilə dolu möhtəşəm bir an yaşatdı”.
Kaspi.edu.az