Təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş mühüm addım
25 Noyabr 2025
Təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş mühüm addım
Uşaqların təhlükəsizliyi ən vacib hədəf kimi
Kaspi Ağ Şəhər liseyində Global Perspectives fənni çərçivəsində 5A, 5B və 5C siniflərinin iştirakı ilə “How do we come to school?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşə dəvət olunan Dövlət Yol Polisi əməkdaşları kapitan Pervanə Muradova və leytenant Elnur Mahmudov şagirdlərə məktəbə gediş-gəliş zamanı təhlükəsizlik qaydalaraına necə əməl etməyin əhəmiyyətini izah edib, yol hərəkəti qaydaları barədə ətraflı məlumat veriblər. “Uşaqların təhlükəsizliyi bizim ən vacib hədəfimizdir”- deyə qeyd edilib.
Tədbirdə şagirdlər fəal iştirak edərək onları maraqlandıran sualları ünvanlayıb, yol təhlükəsizliyi ilə bağlı real həyatı situasiyalar üzərində müzakirələr aparıblar.
Görüş liseydə təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş mühüm addımlardan biri kimi qiymətləndirilir.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.