Şagirdimiz Qızıl medal qazandı

Şagirdimiz Qızıl medal qazandı

Şagirdimiz Qızıl medal qazandı

4-cü sinif şagirdi Fuad Məmmədov FMO yarışmasının qalibi olub

Kaspi Bakıxanov liseyinin 4-cü sinif şagirdi Fuad Məmmədov II-XI siniflər arasında  keçirilən  FMO-Beynəlxalq Riyaziyyat Olimpiadasında Qızıl medal qazanıb. 

Xatırladaq ki, FMO - Fermat Riyaziyyat Olimpiadası, 2-11-ci sinif şagirdlərinə riyaziyyat biliklərini sınağa çəkmək və inkişaf etdirmək imkanı təqdim edir. Bu olimpiada müxtəlif səviyyələrdə riyaziyyat problemləri ilə şagirdlərin analitik düşüncə və məntiqi bacarıqlarını artırmağa yönəlib.

Kaspi Təhsil Şirkəti bu nailiyyət münasibətilə şagirdimizi təbrik edir və gələcək bilik yarışlarında uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız