Təbiət, Kimya və Biologiya fənləri üzrə bilik yarışı keçirilib
09 Dekabr 2025
Təbiət, Kimya və Biologiya fənləri üzrə bilik yarışı keçirilib
Liseylərin 5-ci sinifdən 8-ci sinfə qədər şagirdləri yarışıb
Kaspi Bakıxanov liseyində Ağ Şəhər liseyi və Bakıxanov liseyinin şagirdləri arasında Təbiət, Kimya və Biologiya fənləri üzrə bilik yarışı keçirilib.
Müsabiqədə liseylərin 5-ci sinifdən 8-ci sinfə qədər şagirdləri iştirak edib.
Kaspiliseyi.az-a verilən məlumata görə, gənc istedadlar təbiət elmləri sahəsindəki bilik və bacarıqlarını nümayiş etdirərək, gərgin və ədalətli mübarizə aparıblar: “Bu yarış həm elmə marağı artırmaq, həm də şagirdlərimizin tədqiqatçılıq ruhunu gücləndirmək üçün əla fürsət oldu”. Yarışın sonunda qalib komandalar medalla təltif ediliblər.
Bilik yarışında iştirak edən bütün şagirlərimizi təbrik edirik!
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.