Şəhidlərimiz heç vaxt unudulmayacaq...

Şəhidlərimiz heç vaxt unudulmayacaq...

Şəhidlərimiz heç vaxt unudulmayacaq...

Kaspi Liseyində şəhidlərimizin xatirəsinə həsr olunan Anım tədbiri keçirilib

Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşların və itkin düşmüş soydaşlarımızın xatirəsi ölkəmizin hər yerində ehtiramla anılır, ruhlarına dualar oxunur.

Kaspi.edu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü qeyd kimi edilir. 
Kaspi Təhsil Şirkətinin müəssisələrində 27 Sentyabr - Anım Günündə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Kaspi Liseyinin Bakıxanov Filialında təşkil olunan Anım tədbirində məktəbin müəllim və şagird kollektivi ilə bərabər şəhid anaları, müharibə veteranları da iştirak ediblər.

Qeyd edilib ki, 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçıları ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa ediblər.

Liseyin direktoru Sahil Əliyev diqqətə çatdırıb ki, şəhidlərimiz haqq və şərəf işimiz, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər: “Şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı və gənclərimiz üçün örnəkdir. Torpaqlarımız məhz qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Ölümüylə ölümsüzlüyə qovuşan, bizə Zəfəri bəxş edən şəhidlərimiz heç vaxt unudulmayacaq və yaddaşlardan silinməyəcəkdir”. S.Əliyev bildirib ki, bu cür vətənpərvərlik və anım tədbirlərinin keçirilməsinə böyüyən nəslin böyük ehtiyacı var: “Bu tədbirlər Vətən qarşısında borcumuzu və məsuliyyətimizi dərk etmək üçün fürsətdir. Biz müəllimlər, siz şagirdlər olaraq öz vəzifələrimizi dərk etməliyik. Bu məsuliyyət hissini heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin ruhu, qəhrəman qazilərimizin şücaəti qarşısında baş əyirik”.

Salam, şəhid anası!

Tədbirdə çıxış edən şəhid ailələri övladlarının qəhrəmanlığından bəhs etdilər, həmçinin ölkə rəhbərliyinə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

“Belə gözəl xalqı, dövləti olan şəhid anası heç zaman ölə bilməz. Dünyamız bir də belə ağlamasın. Analar ağlamasın...”-deyə şəhid anası Şəmsiyyə Nəcəfova söyləyib.

“Azərbaycan həmişə qəhrəman ovladar yetişdirib. Övladlarımız bir də belə gün görməsin. Biz şəhidlərin qarşısında baş əyirik”- deyə şəhid anası Təranə Əliyeva oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirib.

“Onlar torpaqlarımızı işğaldan azad etmək üçün şəhid oldular. Onlar şəhadətə yüksəldilər. Şəhidlər bizim nisgilimiz, kədərimiz, həm də fəxrimiz, şərəf və qürurumuzdur. Onlar Azərbaycanı işıqlı sabaha qovuşduran insanlardır. Onlar heç vaxt ölməyəcəklər!”-deyə Vüsalə Süleymanova həyat yoldaşının və ordumuzun qəhrəmanlığı ilə fəxr etdiyini qeyd edib.

Tədbirdə liseyin şagirdlərinin hazırladıqları kompozisiyalar, xor ifaları səsləndirilib, səhnəciklər təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız