Kaspi Bakıxanov liseyinin D1 sinif şagirdi Ruslan Yusubov Şahmat üzrə keçirilən dərəcə yarışında uğurlu nəticə qazanıb. Şagirdimiz 9 oyundan 6,5 xal toplayaraq 3-cü yeri tutub, eyni zamanda, 3-cü dərəcə normasını yerinə yetirib.
Bundan başqa, 8B sinif şagirdi İbrahim Əliyev 9 oyundan 6 xal toplayaraq 4-cü dərəcə normasını, D3 sinif şagirdi Əli Heydərli və D2 sinif şagirdi Nazim Xəlilov 9 oyundan 5.5 xal yığaraq 4-cü dərəcə normasını yerinə yetiriblər.
Liseydən verilən məlumatda bildirilir ki, turnir Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilib.
Şagirdlərimizə gələcək yarışlarda da uğurlar arzulayırıq!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.