Şagirdlər üçün “Yeni Hədəflər və Motivasiya Proqramı” 

Şagirdlər üçün “Yeni Hədəflər və Motivasiya Proqramı” 

Şagirdlər üçün “Yeni Hədəflər və Motivasiya Proqramı” 

İmtahanlardan daha uğurlu nəticə hədəfi

“Kaspi”Bakıxanov liseyində 11-ci snif şagirdləri üçün “Yeni Hədəflər və Motivasiya Proqramı”  tərtib olunub.

Kaspi.edu.az-a Liseydən verilən məlumata görə, Proqramda aşağıdakı hədəflər müəyyən olunub:

-Nəticəsini ən çox artıran şagird:  Şagirdlərdən, bir əvvəlki imtahan nəticələrini ən çox artıranlar xüsusi olaraq təqdir olunacaq;

-Hər qrupun liderləri: Hər bir qrupda ən yaxşı nəticə göstərən şagirdlər, lider olaraq seçiləcək və onlara xüsusi stimullar veriləcək;

-Liseyin təyin etdiyi hədəfləri toplayan şagirdlər: Məktəbin müəyyən etdiyi hədəfləri yerinə yetirən şagirdlər mükafatlandırılacaq və onların göstəriciləri digər şagirdlərə nümunə olacaq;

Məktəb rəhbərliyinin və 9-11 idarəetməsi üzrə   direktor müavini Muxtar Mehraliyevin başçılığı ilə verilən qərar builki imtahanlarda daha yüksək nəticə əldə etməyə çalışan şagirdləri ruhlandırmaq məqsədi daşıyır.

Muxtar Mehraliyev sözlərinə görə, bu hədəflər şagirdləri motivasiya edəcək və onların imtahanlara daha ciddi yanaşmalarına kömək edəcək: “Bu ilin imtahanları isə xüsusi önəm daşıyır. Mart ayında ilk buraxılış imtahanı, may ayında isə ikinci blok imtahanı keçiriləcək”.

Qeyd edək ki, imtahanlardan sonra yüksək nəticə əldə edən şagirdlər üçün xüsusi motivasiya proqramları təşkil olunacaq. “İlk buraxılış imtahanından daha yüksək bal toplayanlar üçün müxtəlif əyləncəli tədbirlər nəzərdə tutulur. Bu tədbirlər arasında bouling, əyləncə parkları və digər  fəaliyyətlər yer alacaq. Məqsəd, şagirdlərin əzmkarlığını təşviq etmək və onların uğurlarını daha da artırmaqdır”. M.Mehralıyev bildirir ki, bu cür təşəbbüslər şagirdlərə yalnız təhsil sahəsində deyil, eyni zamanda şəxsi inkişafları üçün də böyük təsir göstərəcək: “Şagirdlərə yönləndirilən hədəflər və təqdim olunan mükafatlar, məktəbdəki uğurlarına yenilik gətirəcək və təhsil mühitini daha da inkişaf etdirəcək!.

Şagirdlər üçün hazırlanmış bu motivasiya proqramı, onların imtahanlarda daha yüksək nəticə göstərmələrinə, həmçinin məktəb həyatında daha aktiv və məsuliyyətli olmalarına səbəb olacaq.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız