“Səhnənin gənc ulduzları”

“Səhnənin gənc ulduzları”

“Səhnənin gənc ulduzları”

Teatr layihəsi bir neçə məktəbin şagirdlərini birləşdirib

Kaspi Liseyinin təşəbbüsü ilə Xətai rayonunda yerləşən məktəblər arasında “Səhnənin gənc ulduzları” teatr layihəsi tədbiri keçirilib.

Tədbir Bakı şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub. Layihədə Kaspi Liseyinin şagirdləri ilə yanaşı 204, 221 və 191 nömrəli orta məktəbin şagirdləri də iştirak edib.

Müsabiqə başlamamışdan əvvəl Kaspi Ağ Şəhər liseyinin Teatr dərnəyinin şagirdlərinin ifasında “Səssiz etüd” tamaşası izlənilib: “Şagirdlər komandalara bölünərək müsabiqə şəklində yarışıblar.

1-ci turda onlar hər kəsə təklif olunmuş vəziyyəti dinləyərək, verilmiş müəyyən əşyalarla səhnədə canlandırmalı idilər. Daha sonra Şən Hazırcavablar Klubunun şagirdlərə verdiyi yumoristik suallara onlar öz kreativliklərindən istifadə edərək cavab verdilər. Sonraki turda isə şagirdlərə təqdim olunan nağılı onlar fərqli bir janrda təqdim etməli idilər”- deyə liseyin məlumatında bildirilir. 

Sosial layihənin həyata keçirilməsində məqsəd  şagirdlərin teatra olan marağını və sevgisinin artırılması olub: “Layihə həmçinin şagirdləri incəsənət dünyasının nümayəndələri ilə görüşdürmək məqsədi daşıyırdı”.

Respublikanın Əməkdar artistləri Şövqi Hüseynov, Dilarə Əliyeva və Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev tədbirdə iştirak edib və öz fikirlərini bildiriblər.

Məktəblər də orijinal layihəyə görə öz təşəkkürlərini ifadə ediblər.

Sonda bütün iştirakçılara sertifikatlar, fərqlənən komandalara isə hədiyyələr təqdim olunub.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız