Kaspi Təhsil Şirkəti bu mühüm qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edir və fəaliyyətində uğurlar arzulayır!
2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə böyük etimadından və inamından irəli gələrək son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.
İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi oldu.
Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs verdilər. Xalqımız bu səsvermə ilə əmindir ki, bu nailiyyətlərin davamı olacaq, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək, regionda sülh bərqərar olacaq. Xalqımız sülhə, firavanlığa, xoş rifaha səs verdi. Azəebaycan xalqı öz layiqli liderini seçdi.
Kaspi Təhsil Şirkəti bu mühüm və layiqli qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edir və fəaliyyətində uğurlar arzulayır!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.