Oksford Universitetinin məzunu Liseyin şagirdləri ilə görüşüb

Oksford Universitetinin məzunu Liseyin şagirdləri ilə görüşüb

Oksford Universitetinin məzunu Liseyin şagirdləri ilə görüşüb

Qonaq gələcək ixtisas seçimi, zamanın düzgün idarə olunması, xarici dil öyrənməyin əhəmiyyəti kimi vacib mövzulardan bəhs edib

Kaspi Ağ Şəhər Liseyində Oksford Universitetin məzunu Tərlan Süleymanovla görüş keçirilib.  Olimpiadaçı şagirdlərlə təşkil olunan görüş maraqlı diskussiyalarla yadda qalıb.

Liseydən verilən məlumata görə, Oksford Universitetinin robototexnika üzrə doktorantura məzunu, “Oxa” şirkətinin baş mühəndisi Tərlan Süleymanov şagirdlərlə dəyərli təcrübələrini bölüşüb: “Görüş zamanı o, gələcək ixtisas seçimi, zamanın düzgün idarə olunması, fədakarlığın və uğurun əldə olunmasının yolları, xarici dil öyrənməyin əhəmiyyəti kimi vacib mövzulardan bəhs etdi. Ən əsası isə öz şəxsi uğur hekayəsini paylaşaraq, şagirdlərə motivasiya verdi və onların suallarını cavablandırdı”.

Liseyin direktoru Həsən Həsənov qonağa rəhbərlik etdiyi məktəbin tədris mühiti, şagirdlərin nailiyyətləri və məktəbin gələcək hədəfləri haqqında ətraflı məlumat verib. Direktor liseyin olimpiada hazırlığı, beynəlxalq müsabiqələrdə qazandığı uğurlar və şagirdlərin inkişafı üçün yaradılan imkanlar barədə danışıb.

“Bu maraqlı və ilhamverici görüşə görə Tərlan Süleymanova təşəkkür edir, şagirdlərimizin gələcəkdə böyük nailiyyətlər qazanacağına inanırıq!”- deyə liseydən bildirilib.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız