Liseyin “Məzun günü”

Liseyin “Məzun günü”

Liseyin “Məzun günü”

Kaspi liseyi məzunları ilə görüş keçirdi

“Bu gün təkcə bir tədbir deyil. Bu gün xatirələrin canlandığı, dostluqların möhkəmləndiyi, müəllimlərimizin zəhmətinin bir daha dəyərləndirildiyi bir gündür!” Kaspi Ağ Şəhər liseyində “Məzun günü” tədbirində səslənən bu fikirlər liseyi bitirən gəncləri bir daha doğma məktəblərində qarşılamağın sevincinin ifadəsi oldu. 2 Fevral Gənclər Gününə həsr olunan görüşdə Vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.

“Hər biriniz öz doğma evinizə xoş gəlmisiniz!”- deyə Kaspi Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək liseyin məzunları ilə qürur duyduğunu bildirdi: “Bu gün burada olan hər kəs Kaspi Liseyinin bir parçasıdır. Sizin uğur hekayənizdə bu liseyin izi var. Bura sizin üçün sadəcə bir məktəb yox, ikinci eviniz olub. Sizi hər zaman məktəbimizdə görməkdən sevinc duyur, uğurlarınızla öyünürük”.

Görüşdə Kaspi Təhsil Şirkətinin Baş icraçı direktoru Elşən Əliyev, Liseylər üzrə Baş direktor Sahil Əliyev, Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov da çıxış edərək məzunlara xoş arzularını bildirdilər.

Liseyin məzunları əldə etdikləri nailiyyətə görə müəllimlərinə, liseydəki peşəkar təlim-tədris mühitinə minnətdar olduqlarını qeyd etdilər.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız