Təlimdə həm nəzəri biliklər, həm də praktik üsullar təqdim olunub
Kaspi Ağşəhər liseyinin müəllimləri üçün “Sinif idarəetməsi sənəti” adlı təlim təşkil olunub. Təlim Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə təhsil müəssisəinin direktoru Nəcməddin Mehtiyev tərəfindən keçirilib.
“Təlimin əsas məqsədi müəllimlərin sinif idarəetmə bacarıqlarını gücləndirmək, tədris prosesində qarşılaşan çətinlikləri aşmaq və şagirdlərin dərslərdə daha fəal iştirakını təmin etmək idi”- deyə liseydən verilən məlumatda qeyd olunur.
Təlim zamanı aşağıdakı mövzulara toxunulub:
-Vaxtın səmərəli idarə olunmasına təsir edən amillər;
-Arzuolunmaz davranışların səbəbləri və onların qarşısının alınması metodları;
-Sinif qaydalarının yaradılması və tətbiqi;
-Sual-cavab prosesinin effektiv təşkili;
-Şagirdlərin öyrənmə prosesinə fəal iştirakının təmin edilməsi;
-Münaqişələrin effektiv həlli;
Təlimdə həm nəzəri biliklər, həm də praktik üsullar təqdim olunub. Müəllimlər real nümunələr üzərində işləyərək öz təcrübələrini paylaşıblar.
Müzakirələr və interaktiv məşğələlər vasitəsilə sinif idarəetməsində ən yaxşı təcrübələr öyrənilib. “Təlimin müəllimlərin peşəkar inkişaflarında güclü bir addım atmaq və şagirdlərin uğurlu təhsil həyatına dəstək olmaq üçün çox faydalı bilik və bacarıqlar qazandırdığına ümid edirik”- deyə məlumatda bildirilir.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.