7-8-ci sinif şagirdləri arasında təşkil olunan yarış gərgin, maraqlı mübarizə şəraitində keçib.
Kaspi Bakıxanov liseyində məktəblər arası Fizika bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblər arasında fizika fənni üzrə bilik və bacarıqların yoxlanılması, şagirdlərdə elmi düşüncə və məntiqi təhlil bacarıqlarının formalaşdırılmasıdır. Liseydən verilən məlumata görə, 7-8-ci sinif şagirdləri arasında təşkil olunan yarış gərgin, maraqlı mübarizə şəraitində keçib.
Müsabiqədə Kaspi Ağ şəhər liseyi və Bakıxanov liseyinin şagirdləri iştirak edərək fizikanın müxtəlif mövzularını əhatə edən suallar və məntiqi tapşırıqlar üzrə biliklərini nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən:
* I yer – Bakıxanov liseyi
* II yer – Ağ şəhər liseyi
* III yer – Bakıxanov liseyi
Qalib komandalar kuboklarla mükafatlandırılıb, iştirakçılara isə fəallıqlarına görə təşəkkür edilib.
Tədbirin sonunda vurğulanıb ki, bu cür bilik yarışları şagirdlərin fizika fənninə marağının artmasına, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını inkişaf etdirmələrinə mühüm töhfə verir.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.