Belə yarışlar gələcəkdə daha savadlı, mədəni və məqsədyönlü gənclərin yetişməsində mühüm rol oynayır.
Kaspi Bakıxanov liseyində “Riyaziyyat bilik yarışı” keçirilib. Kaspi Ağ Şəhər və Bakıxanov liseylərinin 7-8-ci sinif şagirdləri yarışma boyunca yüksək hazırlıq səviyyəsi və məntiqi düşünmə bacarıqları nümayiş etdiriblər. Yarış şagirdlər arasında elmi biliklərin və sağlam rəqabət ruhunun inkişafına mühüm töhfə verib.
“Komandaların göstərdiyi nəticələr riyaziyyat fənninə olan marağın və sistemli hazırlığın bariz göstəricisi oldu. Yarışın ən dəyərli cəhətlərindən biri isə şagirdlərin bir-birilərinə qarşı nümayiş etdirdikləri hörmət və nümunəvi davranış idi. Bu cür tədbirlər həm biliklərin möhkəmlənməsinə, həm də şagirdlər arasında dostluq və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir”- liseydən verilən məlumatda qeyd edilir.
Belə yarışlar gələcəkdə daha savadlı, mədəni və məqsədyönlü gənclərin yetişməsində mühüm rol oynayır.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.