Maarifləndirici və yaddaqalan təcrübə

Maarifləndirici və yaddaqalan təcrübə

Maarifləndirici və yaddaqalan təcrübə

Ekskursiya şagirdlərin məktəb infrastrukturu ilə yaxından tanış olmalarına və təhsil müəssisəsinin fəaliyyət mexanizmini daha dərindən qavramalarına şərait yaradıb.

Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunun Rus bölməsində təhsil alan 3-cü sinif şagirdləri üçün Kaspi Ağ Şəhər Liseyinin ərazisinə maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyanın təşkilində məqsəd tədris-tərbiyə prosesini zənginləşdirmək, uşaqların məktəb mühiti haqqında təsəvvürlərini genişləndirmək və sosial-idraki bacarıqlarının inkişafını təmin etməkdir. Ekskursiya şagirdlərin məktəb infrastrukturu ilə yaxından tanış olmalarına və təhsil müəssisəsinin fəaliyyət mexanizmini daha dərindən qavramalarına şərait yaradıb.

Ekskursiya çərçivəsində şagirdlər müxtəlif təyinatlı sinif otaqları, fənn kabinetləri, elmi-praktiki fəaliyyət üçün nəzərdə tutulmuş laboratoriya otaqları və digər tədris məkanları ilə tanış olublar.

Şagirdlərə bu otaqlarda aparılan dərslərin mahiyyəti, istifadə olunan müasir tədris avadanlıqları və tətbiq edilən pedaqoji yanaşmalar barədə yaş səviyyələrinə uyğun şəkildə ətraflı məlumat verilib. “Bu proses şagirdlərdə təlim fəaliyyətinə marağın artırılmasına, müşahidə və qavrama bacarıqlarının inkişafına müsbət təsir göstərib. Ekskursiya zamanı şagirdlərin fəallığı, verdikləri suallar və nümayiş etdirdikləri maraq onların öyrənməyə olan daxili motivasiyasının formalaşdığını bir daha nümayiş etdirib”. Belə maarifləndirici tədbirlər ibtidai sinif şagirdlərinin məktəbə adaptasiyasını asanlaşdırmaqla yanaşı, onların gələcək təhsil mərhələlərinə psixoloji və idraki cəhətdən daha hazırlıqlı olmalarına xidmət edir.

Ümumilikdə, təşkil olunan ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də yaddaqalan bir təcrübə kimi dəyərləndirilib.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız