Liseydə Bədən Tərbiyəsi Günü qeyd edilib

Liseydə Bədən Tərbiyəsi Günü qeyd edilib

Liseydə Bədən Tərbiyəsi Günü qeyd edilib

Müəllimlərə fəaliyyətlərinə görə təşəkkür edilib

5 Mart - Bədən Tərbiyəsi Günü ilə əlaqədar olaraq Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov liseyin Bədən tərbiyəsi müəllimləri ilə görüşüb. Direktor xüsusi günü onlarla qeyd edib, müəllimlərə fəaliyyətlərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

H.Həsənov həmçinin Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunun Bədən tərbiyəsi müəllimi Nigar Qəhrəmanovanı AFFA tərəfindən təşkil olunmuş “D” Lisenziyalı məşqçi kurslarını bitirməsi münasibətilə təbrik edib.

Xatırladaq ki, N.Qəhrəmanova təlimlərdə “D” kateqoriyası üzrə lisenziya qazanıb.

Müəllimlərimizi Bədən Tərbiyəsi Günü münasibətilə təbrik edirik!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız