Kaspi-nin məzunu ABŞ-ın Kolumbiya Universitetində oxuyacaq

Kaspi-nin məzunu ABŞ-ın Kolumbiya Universitetində oxuyacaq

Kaspi-nin məzunu ABŞ-ın Kolumbiya Universitetində oxuyacaq

Vahab Cəbrayılov: “Kaspi Abituriyent Hazırlığı həyatımda önəmli rol oynayıb”

Kaspi Abituriyent Hazırlığı kurslarının məzunu Vahab Cəbrayılov ABŞ-ın Kolumbiya Universitetinin doktorantura pilləsinə tam təqaüdlə qəbul alıb. Məzunumuz Kaspi Abituriyent Hazırlığı kurslarını bitirdikdən sonra - 2017-ci ildə 700 bal toplayaraq, Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə oxuyub. 2019-cu ildə isə Türkiyənin Orta Doğu Texnik Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinə daxil olub və təhsil illərində öz bilik, bacarıq və çalışqanlığı ilə fərqlənib.

Bu tədris ili gənc tələbənin həyatında dönüş nöqtəsi olub: məzunumuz ABŞ-n dünyaca məşhur  Kolumbiya Universitetinin “Kompüter elmləri” üzrə doktoranturasına qəbul alıb. Vahab Cəbrayılov aparıcı universitetdə həm tədqiqat aparacaq, həm də təhsil üzrə professor köməkçisi kimi təhsilini davam etdirəcək.

Vahab Cəbrayılov kaspi.edu.az.-a bildirib ki, Kaspi Abituriyent Hazırlığı kursları onun həyatında mühüm rol oynayıb: “Kaspi-də təhsil almışam. Kursdakı müəllimlərin həyatımda böyük zəhməti olub. Onların peşəkarlığı, tələbkarlığı mənim də dərslərimə məsuliyyətlə yanaşmağıma, motivasiya olmağıma, seçdiyim ixtisasa sevgimə dəstək olub. Kaspi Təhsil Şirkətinin rəhbərliyi kursu bitirəndən sonra da mənə diqqət göstərib, qayğılarımla maraqlanıb. Biz həmişə bir ailə kimi olmuşuq. Onlar mənə təhsilimi xaricdə davam etdirməyi məsləhət görüblər, tövsiyələrini heç vaxt əsirgəməyiblər”. V.Cəbrayılov ali məktəbə hazırlaşan abituriyentlərə doğru seçim etməyi tövsiyə edir: “Mən Kaspi Abituriyent Hazırlığı kurslarını seçməklə öz seçimimi etdim və təhsil pillələrində irəliləməyə nail oldum. Doğru seçim gələcək arzularımız üçün əsas istiqamətdir. Kaspi Abituriyent də seçimimdə və karyeraya gedən yolumda düzgün istiqamət oldu. Bu kurslarda aldığım təhsil imtahanlardan 700 bal toplamağıma səbəb oldu. Buna görə bütün müəllimlərimə və Kaspi-nin rəhbərliyinə minnətdarlığımı bildirir və abituriyentlərə “doğru seçim edin!” deyirəm!”

V.Cəbrayılov bir neçə aydan sonra Türkiyə universitetindən məzun olub ABŞ-a yola düşəcək: “Qarşımda bir neçə yol vardı- şirkətlərdə, qurumlarda çalışmaq, təhsilimi inkişaf etdirmək və s. Bakalavr pilləsində oxuyanda yay təcrübələrindən sonra və müəllimlərimin də tövsiyələrini xatırlayaraq akademik karyeramı inkişaf etdirməyi qərara aldım. Doktoranturada oxumaq haqda düşündüm. Amerikanın qabaqcıl universitetlərinə qəbulla maraqlandım. Bir neçə universitetdən qəbul aldım. Amma Kolumbiya Universitetini seçdim. Görkəmli alim Lütfizadənin də məzun olduğu bir universitetdə oxumaq böyük qürur və şərəfdir”.

V.Cəbrayılov gələcəkdə tədqiqatçı olmaq arzusundadır. Ən böyük arzusu isə Azərbaycanımızı layiqli təmsil etmək, ölkəmizdəki elmi mühitə, öz həmyaşıdlarına və gələcək nəslə dəstək göstərməkdir.

Kaspi Təhsil Şirkəti olaraq məzunumuzun  uğuru ilə qürur duyur və gələcək təhsil və tədqiqatlarında uğurlar arzulayırıq!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız