Kaspi Liseyinin şagirdlərinin COP29-a töhfəsi

Kaspi Liseyinin şagirdlərinin COP29-a töhfəsi

Kaspi Liseyinin şagirdlərinin COP29-a töhfəsi

Məktəblilər “Yaşıl dünya naminə həmrəylik ili"nə dəstək göstəriblər

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinə sayılı günlər qalır. “Yaşıl dünya naminə həmrəylik ili” şüarı ilə keçiriləcək tədbirlə Azərbaycan  iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

kaspi.edu.az xəbər verir ki, Kaspi liseyinin şagirdləri də keçən tədris ilindən başlayaraq COP29-la bağlı layihələr həyata keçirirlər. Kaspi Ağ Şəhər liseyinin “Araşdırma və İnkişaf Mərkəzi”nin dəstəyi ilə həyata keçirilən layihələr də bu sıradandır.

Məktəbin şagirdləri komanda şəklində COP29 sessiyasına 4 layihə təqdim ediblər. Komandalarda 8-11 sinif şagirdləri iştirak edib.

Liseyin Fizika fənn rəhbəri, liseydə yaradılan Araşdırma və İnkişaf Mərkəzinin direktoru Kəmalə Ağasiyeva məlumat verdi ki, layihələrin həyata keçirilməsində əsas məqsəd “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir: “Hər komandada 5 şagird iştirak edirdi. Layihələr müxtəlif mövzularda idi. Suyun neftdən, tullantılardan təmizlənməsi, ekologiyanın çirklənməsinin qarşısının alınması, zavodlardan havaya atılan karbon qazının təmizlənib səmərəli yollara sərf olunması və s. bu layihələrdə əks olunurdu”. Liseyin direktoru Həsən Həsənov layihə iştirakçıları ilə görüşərək onları təbrik edib.

Qeyd edək ki, Liseyin Araşdırma və İnkişaf Mərkəzi şagirdlərin müxtəlif beynəlxalq layihələrə qoşulmasına dəstək olur. Belə ki, Mərkəz liseydə “Su raketi” yarışması da təşkil edəcək.  Hal- hazırda yarışmaya qeydiyyat davam edir. Yarışmanın dekabrın 5 də keçirilməsi nəzərdə tutulub.

Şagirdlərimizə yarışlarda və layihələrin icrasında uğurlar arzulayırıq!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız