Kaspi Liseyinin şagirdləri Genius (Dahilər) olimpiadasından “Grand award” mükafatını qazandılar

Kaspi Liseyinin şagirdləri Genius (Dahilər) olimpiadasından “Grand award” mükafatını qazandılar

Kaspi Liseyinin şagirdləri Genius (Dahilər) olimpiadasından “Grand award” mükafatını qazandılar

Liseyin şagirdləri yarışda “Robotika” kateqoriyası üzrə ən yüksək göstəriciyə nail olublar

Kaspi Liseyinin şagirdləri – Ağ Şəhər liseyinin və Bakıxanov liseyinin məktəbliləri Amerika Birləşmiş Ştatlarında təşkil olunan Genius (Dahilər) olimpiadasında hər il olduğu kimi böyük komanda ilə iştirak ediblər. Liseyin şagirdləri nüfuzlu elm festivalında böyük uğur qazanıblar. Qeyd edək ki, Rochester Texnologiya İnstitutunun ev sahibliyi etdiyi və Roçester şəhərində keçirilən "Genius” olimpiadası ABŞ-ın ən böyük elm festivalı hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər.

Birincilərin birincisi

Robotexnika mütəxəssisi Kamran Əsgərov kaspi.edu.az-a açıqlamasında bildirdi ki,  Liseyin şagirdləri 67 ölkənin qoşulduğu olimpiadada Robotexnika kateqoriyası üzrə 4 komanda (12 şagirdlə) ilə iştirak edib və çox uğurlu nəticələr əldə ediblər: “1 komandamız Grand award, 2 komandamız Gümüş, 1 komandamız isə həvəsləndirici diploma layiq görüldü. “Grand award” mükafatı yalnız bir komandaya verilir və həmin komanda birincilərin birincisi sayılır. “Robotika” kateqoriyası üzrə ən yüksək göstəricinin bizim komandalarımızdan olması qürurvericidir”.

Kaspi Liseyinin komandalarının nəticələri aşağıdakı kimidir:

Kaspi Liseyinin Genius Olimpiadasında iştirak edən şagirdlərinin SİYAHISI

Kaspi Ağ şəhər liseyindən:

Teymur Bayramov  - 10cu sinif   -   Grand award

Fuad Əlimirzə          -10cu sinif    -  Grand award

Rüstəm Dostuyev    - 10cu sinif    -  Grand award

Ömər Əhmədov -    10cu sinif –    Gümüş medal

Valeh Kazımlı -      10cu sinif  -    Gümüş medal

Mətin Cəfərli -        10cu sinif  -    Gümüş medal

Kaspi Bakıxanov liseyindən:

Nigar Rəhimli   -    7ci sinif    -      Gümüş medal

İsa Həsənzadə   -    8ci sinif    -     Gümüş medal

Mustafa Əhmədov -9cu sinif  - Gümüş medal

Sübhan Mustafayev -7ci sinif       - həvəsləndirici diplom

İbrahim Əliyev     -    7ci sinif       -həvəsləndirici diplom

Uğur Səmədli       -    7ci sinif        - həvəsləndirici diplom

K.Əsgərov bildirdi ki, Olimpiada yekunlaşdıqdan sonra bir neçə günlük Nyu York və Vaşinqton şəhərləri üzrə gəzintiləri baş tutub: “Bu tip səfərlər zamanı uşaqlarda bir çox bacarıqlar formalaşır və inkişaf edir. Həmçinin olimpiadaya hazırlıq zamanı şagirdlərdə Robotexnika üzrə bilik, bacarıqlar və bir sıra yumşaq bacarıqlar inkişaf edir”.

Azərbaycanı uğurla təmsil edənlər

ABŞ-dakı olimpiada günləri liseyin şagirdlərinin yaddaşında da silinməz izlər buraxıb.

“Təəssürratlarım çox böyükdür”- deyə Grand award-ın sahibi Rüstəm Dostuyev təəssüratını bölüşür: “Bu, mənim üçün gözəl bir təcrübə oldu. İnanıram ki, olimpiadada qazandığımız uğurlar gələcək həyatımda uğur qazanmağıma kömək edəcək. Yarış çətin, amma bir o qədər də maraqlı oldu. 1-ci yeri qazandığımıza görə çox sevincliyəm. Komanda yoldaşlarıma və müəllimlərimə təşəkkür edirəm!”

Grand award mükafatını qazanan Teymur Bayramov “Azərbaycanı uğurla təmsil etdiyimiz üçün qürurluyam” deyir: “İnanıram ki, bu uğur gələcək təhsilimizdə və həyatımızda böyük rol oynayacaq. Buna görə müəllimlərimə və  komanda yoldaşlarıma təşəkkür edirəm!”

Grand award-ın digər sahibi Fuad Əlimirzə Genius Olimpiadasının ona möhtəşəm təcrübə yaşatdığını bildirir: “Yarış həyəcanı, universitetin aurası bizə olduqca müsbət təsir etdi. Uzun müddət və səylə hazırlaşmağımız öz bəhrəsini verdi və biz Robotika kateqoriyasında “Grand Award” medalını qazandıq. Yarışdan əlavə gəzintilər və bir çox şəhərlərə səfərlərimiz olduqca möhtəşəm hiss idi. Gəzməli-görməli yerlər və həyəcan dolu Niaqara şəlaləsinə səfərimiz unudulmaz oldu. Bu yarışda və qazandığımız qələbədə müəllimlərimizin rolu da olduqca böyükdür. Başda Kamran müəllim olmaqla, Elvin müəllim və İlahə müəlliməyə təşəkkürümü bildirirəm!”

Kaspi Təhsil Şirkəti Liseyin şagirdlərini qazandıqları yüksək uğura görə təbrik edir və gələcək yarışlarda uğurlar arzulayır!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız