Kaspi Liseyinin şagirdləri 3 qızıl, 3 gümüş, 6 bürünc medal və 9 həvəsləndirici mükafat qazandı

Kaspi Liseyinin şagirdləri 3 qızıl, 3 gümüş, 6 bürünc medal və 9 həvəsləndirici mükafat qazandı

Kaspi Liseyinin şagirdləri 3 qızıl, 3 gümüş, 6 bürünc medal və 9 həvəsləndirici mükafat qazandı

SAF 2022 Festivalında möhtəşəm nəticə

Beynəlxalq STEAM Azərbaycan Festivalı – SAF 2022 başa çatdı. Kaspi Liseyinin şagirdləri SAF 2022-də parlaq uğurlara imza atdılar. Ümumilikdə 12 medal – 3 qızıl, 3 gümüş, 6 bürünc medal və 8 xüsusi mükafat Kaspi Liseyinin adını festivalın qalibləri sırasına yazdı.

Dekabrın 5-9 tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən SAF 2022-də  Kaspi Liseyinin şagirdləri 13 komanda, 37 nəfər iştirakçı ilə təmsil olunub. Festivalda Liseyi “İnnovativ sərgi” kateqoriyasında 3 şagird, “Xəyal dünyası” kateqoriyasında 12 şagird, “Vex IQ” kateqoriyasında 22 şagird təmsil edib.

Xatırladaq ki, 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilən festivalda ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.

Festivalın nəticələri Kaspi Liseyinin şagirdləri üçün uğurlu olub. Liseyin 12 şagirdi qızıl, gümüş və bürünc medala layıq görülüb. 3 şagird -  Elman Mustafayev, Yasmin Sağlam və Məcid Bayramlı qızıl, Bekat Murat, Sabina Haqverdiyeva, Aysu Cəbrayılova gümüş, Murad Quliyev, Ayla Məmmədova, Şəms Həsənova, Murad İmanov, Əminə Məmmədova, Kamran Mirzəyev isə bürünc medala layiq görülüblər. Bundan əlavə, liseyin 9 şagirdinə xüsusi mükafatlar verilib.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. 

Kaspi Təhsil Şirkəti festivalda qalib gələn bütün şagirdləri təbrik edir və gələcək təhsillərində uğurlar arzulayır!

 

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız