Kaspi Liseyinin şagirdi Kopernik Olimpiadasında Gümüş medal qazandı

Kaspi Liseyinin şagirdi Kopernik Olimpiadasında Gümüş medal qazandı

Kaspi Liseyinin şagirdi Kopernik Olimpiadasında Gümüş medal qazandı

Kaspi Ağ Şəhər Liseyinin 7B sinif şagirdi Turqut Aslanov Təbiət Elmləri üzrə Olimpiadada ölkəmizi təmsil edib

Azərbaycanlı şagirdlər ABŞ-də keçirilən Kopernik Olimpiadasında (Copernicus -Təbiət Elmləri, Astranomiya, Fizika üzrə Beynəlxalq Olimpiada) ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Kaspi.edu.az xəbər verir ki, Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında ölkəmizi “Global Olympic Center”in rəhbərliyi altında müxtəlif məktəblərdə təhsil alan 24 şagird təmsil edib.

Beynəlxalq Kopernik Olimpiadasında şagirdlərimiz fizika və astronomiya üzrə 3, təbiət elmləri üzrə isə 5 kateqoriyada mübarizə aparıblar. 28 ölkənin iştirak etdiyi final mərhələsində azərbaycanlı şagirdlər müxtəlif kateqoriyalarda 7 bürünc, 12 gümüş və 2 qızıl medal qazanıb. Olimpiada qaliblərinin mükafatlandırma mərasimində şagirdlər müxtəlif əyarlı medallar, sertifikatlar və elektronik hədiyyələr əldə ediblər.

Kaspi Ağ Şəhər Liseyinin 7B sinif şagirdi Turqut Aslanov Olimpiadanın final mərhələsində Təbiət Elmləri üzrə Gümüş medal qazanıb.

Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşı Mahmud Seyidov çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. Diplomat fizika və təbiət elmlərinə maraq göstərən şagirdlərimizə uğurlar arzulayıb.

Mərasimin sonunda Qarabağ futbol klubunun oyununda oynanılmış və Qarabağ klubunun oyunçuları tərəfindən imzalanmış top Kopernik Olimpiadasının baş koordinatoru Marina Bronzeriyə təqdim edilib.

 

Kaspi Təhsil Şirkəti Beynəlxalq Kopernik Olimpiadasında qalib gələn bütün şagirdləri təbrik edir, gələcək təhsillərində uğur arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız