Kaspi Liseyinin şagirdi Azərbaycan üzrə SASMO Olimpiadasının Qızıl medalını qazandı

Kaspi Liseyinin şagirdi Azərbaycan üzrə SASMO Olimpiadasının Qızıl medalını qazandı

Kaspi Liseyinin şagirdi Azərbaycan üzrə SASMO Olimpiadasının Qızıl medalını qazandı

Liseyin ümumilikdə 139 şagirdi bilik yarışında iştirak edib

SASMO-2024-cü il Riyaziyyat Olimpiadasının Azərbaycan üzrə nəticələri açıqlanıb. kaspi.edu.az xəbər verir ki, Kaspi Liseyinin - Ağ Şəhər Liseyi və Bakıxanov Liseyinin ümumilikdə 139 şagirdi olimpiadada iştirak edib. Onlardan 49 nəfər uğurlu nəticə əldə edib. Belə ki, şagirdlərimiz 1 qızıl, 8 gümüş, 21 bürünc və xüsusi təltif qazanıblar.

Ağ Şəhər Liseyinin 7A şagirdi Toğrul Ağamalının Azərbaycan üzrə keçirilən Olimpiadanın Qızıl medalını qazanması Kaspi Liseyinin bütün kollektivində böyük qürur hissi doğurub.

Qürur hissi ilə bildiririk ki, şagirdimiz iyun ayında Sinqapurda keçiriləcək SASMO olimpiadasında ölkəmizi təmsil edəcək.

Yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirmək

Qeyd edək ki, 2006-cı ildə yaradılmış SASMO Asiyada ən böyük riyaziyyat olimpiadalarından biridir. Bu günə qədər SASMO-da 10 000-dən çox məktəbdən 250 000-dən çox şagird və tələbə iştirak edib. SASMO müsabiqələri iştirakçıların düşüncə potensialını genişləndirmək məqsədi daşıyır. Onların SASMO-da iştirakı təhsilalanlara məktəb riyaziyyatında, eləcə də yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirməyə kömək edir.

SASMO bütün İbtidai -1-dən 6-ya qədər, Orta -1-dən 4-ə qədər və JC1/2 tələbələri üçün açıqdır.

Toğrulun 17 medalı

Kaspi Liseyinin şagirdinin belə bir nüfuzlu bilik yarışında dəfələrlə iştirakı və qalib gəlməsi Kaspi Liseyinin bütün kollektivinin sevinc və fəxarətinə səbəb olub. Qeyd edək ki, T.Ağamalı bu günə qədər olimpiadalarda 17 medal qazanıb. Onların arasında Bürünc və Gümüş medallar var.

Bu, Toğrulun indiyə qədər iştirak etdiyi yarışlarda qazandığı ilk Qızıl medalıdır.

Kaspi Ağ Şəhər Liseyinin direktor müavini Fidan Səfərova qeyd etdi ki, T.Ağamalı liseydə 3-cü sinifdən təhsil alır. Amma 1-ci sinifdən bilik yarışlarında iştirak edir: “Toğrulun olimpiadada ilk iştirakı 1-ci sinifdə - Bolqarıstanda keçirilən yarışın final mərhələsi olub. Həmin olimpiadada 2 gümüş, 1 bürünc medal qazanıb. Toğrul iştirak etdiyi bütün riyaziyyat-məntiq olimpiadalarında medal qazanıb. Keçən il Sinqapurda keçirilən olimpiadanın finalından bürünc medalla qayıdıb. Bir həftə əvvəl Türk dövlətlərinin keçirdiyi olimpiadada bürünc medal qazandı. Şagirdimizin uğurları ilə qürur duyuruq”.

Övladımızın uğuru bizi fərəhləndirir

Toğrul Ağamalının anası Lamiə Səfərova övladının uğur xəbərini sevinc göz yaşları içində qarşıladığını bildirdi: “Toğrul uşaqlıqdan bəri nə qədər yarışlara qatılbsa həmişə medalla geri dönüb. SASMO-da isə artıq 5-ci dəfədir ki, iştirak edir. Keçən il SASMO-nun Azərbaycan üzrə gümüş medalçısı, Sinqapurda keçirilən yarışmada bürünc medalçısı oldu. Bundan əvvəlki yarışlarda da bürünc və gümüş medallar qazanıb. Toğrul bu ay ərzində artıq ikinci medalını qazandı.  Övladımızın uğuru bizi sonsuz fərəhləndirir və qürurlandırır”. Valideyn həmçinin Toğrulun uğur qazanmasında Kaspi Liseyinin müəllimlərinin böyük əməyini yüksək qiymətləndirir: “Mən bir valideyn kimi Toğrulun nailiyyətlərinə görə, Kaspi Liseyinin bütün müəllimlərinə minnətdaram!”

Kaspi Təhsil Şirkəti Kaspi Liseyinin SASMO olimpiadasının Azərbaycan üzrə yarışlarında iştirak edən bütün şagirdlərini təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayır!

Kaspi Liseyi şagirdlərinin SASMO Azərbaycan üzrə yarışda iştirak nəticələrini təqdim edirik:

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız