Kaspi Liseyinin müəllimi Dünya Çempionatında yarışacaq
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseyinin müəllimi Dünya Çempionatında yarışacaq
- 17 Oktyabr 2024
Kaspi Liseyinin müəllimi Dünya Çempionatında yarışacaq
Samir Məmmədov “İnanıram ki, Dünya Çempionatında Azərbaycanın bayrağını yüksəldərək Himnimizi səsləndirməyə nail olacağam!”
Azərbaycan Karate-Do Federasiyasının oktyabrın 13-də Xırdalan şəhərindəki Zirvə idman Kompleksində keçirilən 2-ci Reytinq turniri başa çatıb. Kaspi Liseyinin fiziki tərbiyə müəllimi Samir Məmmədov turnirin qalibi olub. İdman ustasının 3 döyüşdə iştirak edərək qazandığı birincilik ona Dünya Çempionatına vəsiqə qazandırıb. S.Məmmədov 24-27 oktyabr tarixlərində Serbiyanın Belgrad şəhərində təşkil olunacaq Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
İdman ustası kaspi.edu.az-a açıqlamasında bu mötəbər yarışda qalib gələcəyinə əminliyini bildirib: “İnanıram ki, Dünya Çempionatında Azərbaycanın bayrağını yüksəldərək Himnimizi səsləndirməyə nail olacağam!” S.Məmmədov deyir ki, çempion olmaq həm qürurverici, həm də məsuliyyətli hissdir: “Çünki yarışlarda xalqımızı və Azərbaycanı təmsil edirəm. Hər yarışda bu məsuliyyəti hiss edirəm. Bu hiss adamı daha da əzmkar edir və qələbə qazanmağa ruhlandırır”.
Qeyd edək ki, S.Məmmədov 7 qat Respublika çempionu, Dan qara kəmər ustası, Avropa və dünya çempionu, Beynəlxalq dərəcəli yarışların qalibi və mükafatçısıdır.
2020-ci ildən Kaspi Liseyində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərən idman ustası həmçinin sinif rəhbəri kimi çalışır: “Siniflərdə oğlan uşaqlarının idmana daha çox həvəsi var. Müxtəlif idman bölümlərinə yazılanda mənimlə məsləhətləşirlər. Hamı da qalib gəlmək, mənimlə rəqabət aparmaq istəyir. Sağlam rəqabəti mən də sevirəm”.
Samir Məmmədova şotokan karate üzrə Dünya Çempionatında uğurlar arzulayırıq!
kaspi.edu.az