Kaspi Liseyinin iki şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsində

Kaspi Liseyinin iki şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsində

Kaspi Liseyinin iki şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsində

İbrahim Valehli və İsa Qasımov Biologiya və Fizika fənnləri üzrə yarışacaqlar

Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsi başa çatıb. Kaspi Liseyinin rus bölməsi üzrə iki şagirdi - İsa Qasımov və İbrahim Valehli RFO-nun final mərhələsində yarışmaq hüququ qazanıblar. Belə ki, İsa Qasımov Biologiya fənni üzrə, İbrahim Valehli Fizika fənni üzrə final mərhələsində biliklərini sınayacaqlar.

Qeyd edək ki, İbrahim Valehli Kaspi Ağ Şəhər  liseyinin 10-cu sinfində təhsil alır. Anası Afaq Əliyeva bildirir ki, İbrahim Fizika və Riyaziyyat fənlərini sevir: “İbrahim fizikadan olimpiadalarda iştirak edib. RFO-da bürünc və qızıl medal qazanıb. İJSO beynəlxalq olimpiadasında 2 dəfə gümüş medal əldə edib. İbrahimin uğur qazanmasında müəllimlərinin zəhməti böyükdür. Onlar daim İbrahimə dəstək olurlar. Bu uğurlara görə İbrahimin müəllimlərinə minnətdarlığımı bildirirəm!” İbrahimin Riyaziyyat fənni üzrə müəllimi İranə Məmmədova da şagirdinin çalışqan və olimpiada yarışlarına həvəsli olduğunu bildirir: “İbrahim son dərəcə çalışqan şagirddir. O daim öz üzərində işləyir, yarışlara maraq göstərir, dərslərinə həmişə hazırlıqlı gəlir. Şagirdimizin uğurları ilə qürur duyuruq”.

Kaspi Liseyinin 8-ci sinif şagirdi İsa Qasımovun anası Əfşan Şıxaliyeva oğlunun uşaqlıqdan- hələ bağçaya gedən vaxtlarından  çalışqan olduğunu deyir: “İsa ən çox təbiət və heyvanlar haqqında məlumat toplamağı çox sevib. 5 yaşında Kaspi KİDS-də oxudu, sonra da 1-ci sinifdən təhsilini Kaspi liseyində davam etdirir. Mən Kaspi Təhsil Şirkətinin rəhbərliyinə və orada çalışan bütün müəllimələrə çox minnətdaram ki, onlara əmanət etdiyim övladıma yaxşı təhsil və tərbiyə verirlər. İşanı olimpiadanın finalına qədər həvəslə hazırlaşdıran müəllimlərinə sonsuz təşəkkürümü bildirirəm!”

Kaspi Təhsil Şirkəti olaraq bütün olimpiada iştirakçılarına uğurlar arzulayır və şagirdlərimizin Finalda qələbəsinə inanırıq!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız