Kaspi liseyinin dəstəyi ilə tennis turniri keçirilib
29 Dekabr 2024
Kaspi liseyinin dəstəyi ilə tennis turniri keçirilib
Turnirin yekununda qalib komandalar kubok, diplom və medallarla təltif olunublar
Kaspi Liseyinin Ağ Şəhər filialında Xətai rayon orta məktəbləri arasında stolüstü tennis turniri keçirilib.
Turnir Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Kaspi liseyi Ağ Şəhər filialının dəstəyi ilə baş tutub.
Liseydən bildirilir ki, gərgin mübarizə şəraitində keçən yarışda Heydər Əliyev liseyinin komandası 1-ci, Kaspi liseyinin komandası 2-ci və 261 nömrəli tam orta məktəbin komandası 3-cü yerə layiq görülüb.
Turnirin yekununda qalib komandalar kubok, diplom və medallarla təltif olunublar. Turnirdə fəal iştirak etmiş hakimlərə də təşəkkürnamələr verilib.
Kaspi Liseyinin hədiyyələri qaliblərə təqdim olunub.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.