Kaspi Liseyi şagirdlərə iki attestatla təhsilalma imkanı verir
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseyi şagirdlərə iki attestatla təhsilalma imkanı verir
- 16 Oktyabr 2024
Kaspi Liseyi şagirdlərə iki attestatla təhsilalma imkanı verir
Bu, şagirdlərə həm yerli, həm də beynəlxalq səviyyədə tanınan iki dərəcə ilə təhsilalma fürsəti yaradır
Kaspi Liseyi şagirdlərinə təhsil müddətində həyata keçirilən proqramlar vasitəsilə iki attestat əldə etmək şansı verir. Təhsil müəssisəsində Azərbaycan və rus dillərində yerli kurikulum əsasında siniflər, həmçinin Cambridge Britaniya milli kurikulumuna əsaslanan siniflər fəaliyyət göstərir. Cambridge siniflərində təhsil alan şagirdlər məzun olduqda iki attestat – yerli şəhadətnamə və Britaniya təhsil sisteminin məzuniyyət sənədi olan A-Level diplomu alacaqlar. Xatırladaq ki, 2022-ci ildə fəaliyyətə başlayan KASPI Cambridge Məktəbi qısa müddət ərzində dünyada tanınan Cambridge kurikulumu əsasında genişmiqyaslı təhsil təklif edən qabaqcıl təhsil müəssisəsinə çevrilib:
Uğurlu təhsil almaq imkanı
Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov həmin siniflər haqqında məlumat verərək bildirir ki, Cambridge sistemi beynəlxalq standartlara uyğun təhsil verməklə şagirdlərin analitik düşüncə bacarıqlarını inkişaf etdirir və onların qlobal miqyasda rəqabətə davamlı olmasını təmin edir: “İngilis dilinin dərindən öyrənilməsi və Cambridge proqramlarının yerli kurikuluma inteqrasiyası şagirdlərimizin həm yerli, həm də xarici universitetlərdə uğurlu təhsil almaq şansını artırır. Eyni zamanda, məktəbimizin geniş sinif otaqları, zəngin kitabxanası, müasir fənn laboratoriyaları və dərsdənkənar məşğələlər tədris prosesini daha effektiv və maraqlı edir. Təcrübəli müəllim heyətimiz şagirdlərin fərdi inkişafına xüsusi diqqət ayırır, onlara dərindən bilik və bacarıqlar aşılayır. Şagirdlərimizin rahatlığı üçün nəqliyyat xidməti də mövcuddur”.
Yerli attestat və A-Level diplomu
Direktor qeyd edir ki, Cambridge siniflərində təhsil alan şagirdlər məzun olduqda iki attestat – yerli şəhadətnamə və Britaniya təhsil sisteminin məzuniyyət sənədi olan A-Level diplomu alacaqlar: “Bu, onlara həm yerli, həm də beynəlxalq səviyyədə tanınan iki dərəcə ilə təhsil alma imkanı yaradır”.
İki diplom: Qlobal fürsətlər yolu
Kaspi Liseyinin Cambridge bölməsi üzrə direktor müavini Leyla Cabbarlı bildirir ki, KASPI Cambridge Məktəbi, beynəlxalq səviyyədə tanınan Cambridge proqramını yerli kurikulumla birləşdirərək, şagirdlərə unikal iki diplomlu təhsil imkanı təqdim edir. Cambridge Məktəbi şagirdləri qloballaşan dünyada uğura hazırlamaq məqsədilə tənqidi düşüncə, yaradıcılıq və problem həll etmə bacarıqlarını inkişaf etdirən Cambridge Assessment International Education çərçivəsini izləyir”. L.Cabbarlı qeyd edir ki, təhsil prosesi zamanı istifadə olunan dərsliklər və tədris materialları, Cambridge universiteti tərəfindən hazırlanmış rəsmi resurslardır: “Bu kitablar şagirdlərin təhsili üçün xüsusi olaraq Cambridge proqramına uyğun şəkildə tərtib edilir. Bu kurikulum riyaziyyat, elm, humanitar fənlər, dillər və incəsənət kimi geniş fənləri əhatə edir və şagirdlərin ali təhsilə və ondan sonrakı həyatda uğur qazanmasına kömək edən vacib bacarıqlar qazandırır”. L.Cabbarlı bildirir ki,
KASPI Cambridge Məktəbinin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun iki diplomlu proqramıdır. Belə ki, 12 illik təhsil proqramını tamamlayan şagirdlər həm Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən tanınan yerli diplom, həm də Cambridge beynəlxalq diplomunu əldə edirlər: “Bu ikili kvalifikasiya, şagirdlərə həm Azərbaycanda, həm də dünyanın nüfuzlu universitetlərində ali təhsil almaq üçün geniş imkanlar yaradır. KASPI Cambridge Məktəbi, həm ibtidai, həm də orta təhsil səviyyələrini əhatə edən 12 illik bir proqram təklif edir. Şagirdlər erkən yaşlardan Cambridge kurikulumu ilə tanış olur və güclü akademik təməllər qururlar. Məktəbi davam etdikcə, kurikulum daha ixtisaslaşmış olur və şagirdlər öz maraqlarına və gələcək hədəflərinə uyğun fənləri seçmək imkanı qazanırlar”. L.Cabbarlı vurğulayır ki, akademik intizamla yanaşı, KASPI Cambridge Məktəbi liderlik, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş əlavə dərsdənkənar fəaliyyətlər təklif edərək, hərtərəfli şəxsiyyətlərin formalaşmasına dəstək olur.
Xatırladaq ki, Kaspi Liseyi təhsilalanlara hərtərəfli təhsil təklif edərək şagirdlərini gələcək uğurlara hazırlamaq üçün ən müasir tədris üsullarını tətbiq edir və onları qlobal vətəndaşlar kimi yetişdirir. Fəaliyyətə başladığı gündən bəri Liseyin əsas hədəfləri sırasında: keyfiyyətli təhsil, akademik nailiyyətlər və ali təhsil üçün güclü zəmin, şagirdləri nüfuzlu ali məktəblərdə təhsilə hazırlamaq, milli-mənəvi dəyərlər çərçivəsində təhsil və fərdi inkişaf: şagirdlərin şəxsi bacarıqlarını və istedadlarını kəşf etmələrinə yardım göstərmək məqsədi durur.
kaspi.edu.az