kaspi.edu.az xəbər verir ki, Kaspi Bakıxanov liseyində “Kaspi istedad sorağında” adlı müsabiqə keçirilib. Müsabiqə şagirdlərin gizli istedadlarını üzə çıxarmaq məqsədi ilə təşkil olunub.
Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, münsiflər heyəti şagirdlərin müxtəlif istedadlara malik olduğuna əmin olublar: “Şagirdlər bu layihəni çox maraq və həyəcanla qarşıladılar. Eyni zamanda, qeyd etdilər ki, istedadı olub ancaq özünə güvən problemi yaşayan şagirdlər üçün də bu müsabiqə əhəmiyyətlidir. Bu, onlarda özünəgüvən hissini formalaşdırmağa kömək edəcək”.
Layihənin ideya müəllifi Leyla Mehrəliyeva, təşkilatçı Gülnarə Allahverdiyevadır.
Müsabiqə 3 mərhələdən ibarət olacaq. Final mərhələsi 26 dekabrda keçiriləcək.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.