Kaspi Abituriyentləri Buraxılış imtahanında yüksək nəticə topladılar

Kaspi Abituriyentləri Buraxılış imtahanında yüksək nəticə topladılar

Kaspi Abituriyentləri Buraxılış imtahanında yüksək nəticə topladılar

114 Kaspi abituriyenti 200 baldan yuxarı nəticə göstərib

Dövlət İmtahan Mərkəzi (DİM) 03.03.2024-cü il tarixində 11-ci sinif şagirdləri üçün keçirilmiş Buraxılış imtahanlarının nəticələrini elan edib.

Kaspi Təhsil Şirkətinin filiallarındakı və nümayəndəliklərindəki Abituriyent Hazırlığı  Kurslarında təhsil alan abituriyentlərin bu imtahanda yüksək nəticələr əldə etməsi təhsil müəssisəsinin rəhbərliyində və kollektivində böyük qürur və sevinc hissi yaradıb.

14 şagirddən 3-ü

Kaspi Abituriyentin rəsmi tərəfdaşı, Qəbələ Abituriyent və Repetitor Birliyinin 3 şagirdi 300 bal toplamaqla böyük uğura imza atıblar. Filialın təsisçisi və icraçı direktoru Tahir Məsimov kaspi.edu.az-a bildirdi ki, təhsil müəssisəsinin şagirdləri – Lalə Xancanova, Elşən Yusibov və Səidə Rəhimova Buraxılış imtahanında 300 bal toplayıblar. Qəbələ rayonu üzrə buraxılış imtahanlarında maksimal nəticə göstərmiş hər 3 abituriyent Qəbələ Abituriyent və Repetitor Birliyində əlavə təhsil alır. Xatırladaq ki, tam orta təhsil səviyyəsi üzrə  martın 3-də keçirilən Buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən 14-şagirddən 3-ü məhz Kaspi Abituriyentin rəsmi tərəfdaşı, Qəbələ Abituriyent və Repetitor Birliyinin şagirdləridir.

Qeyd edək ki, bu il fəaliyyətinin 10 ili tamam olan təhsil müəssisənin bu günə qədər 600 balı keçən 78 şagirdi var.

İlk üçlükdə

Kaspi Əhmədli filialının direktoru Rövşən Abbasov kaspi.edu.az-a bildirdi ki, filial ötən illərin uğurlarını təkrarlayaraq imtahanda yüksək nəticələr əldə edib. Filialın 20 şagirdi 200 bal yuxarı nəticə göstərib. Onlardan Miqdad Məmmədov 295.8, İkram Əliyev 284.2, Polad Quliyev 282.7 ilk üçlükdə yer alıblar. Qeyd edək ki, filialın 2022/23-cü tədris ili üçün də nəticələri yüksək olub. Belə ki, tədris ilinin sonunda təhsil müəssisəsinin 96 faiz şagirdi ölkənin ali məktəblərinə qəbul olub.

Azərbaycan dili və Riyaziyyat fənnlərindən 100% nəticə

Kaspi Elmlər Filialı-nın şagirdləri də imtahanda yüksək nəticə qazanıblar. Filialın direktoru Ramin Mövsümovun verdiyi məlumata görə filialın tələbəsi Şəbnəm Əsədova imtahanda  293.7 bal toplaması ilə fərqlənib. 3-cü qrup üzrə hazırlaşan Ş.Əsədova Azərbaycan dili və Riyaziyyat fənnlərindən 100% nəticə toplayıb.

Ümumilikdə, 03.03.2024-cü il tarixində 11-ci sinif şagirdləri üçün keçirilmiş Buraxılış imtahanlarının nəticələrini görə 114 Kaspi abituriyenti 200 baldan yuxarı nəticə göstərib. Heç şübhəsiz, bu uğur “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir!” şüarını əldə rəhbər tutan pedaqoji kollektivin və şagirdlərin gərgin çalışqanlığının nəticəsidir.

Kaspi abituriyentlərinin valideynlərini, fədakar müəllimlərini və qayğıkeş əməkdaşlarını təbrik edirik! Kaspi çempionlarına isə növbəti imtahanlarda uğurlar diləyirik!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız