IX siniflər üçün “Breyn Rinq” yarışmasının yarımfinal turu keçirilib

IX siniflər üçün “Breyn Rinq” yarışmasının yarımfinal turu keçirilib

IX siniflər üçün “Breyn Rinq” yarışmasının yarımfinal turu keçirilib

Mayın 20-də qalib komandalar müəyyənləşəcək

Kaspi təhsil müəssisələrində təhsil alan IX sinif şagirdləri arasında “Breyn Rinq” bilik yarışmasının yarımfinal turu keçirilib. Təhsil Mərkəzləri, Kaspi Liseyləri və Kaspi nümayəndəliklərində təhsil alan şagirdlər üçün keçirilən yarış şagirdlərin öyrənməyə marağını artırmaq, intellektual bacarıqlarının formalaşmasına töhfə vermək, təhsilalanlar arasında sağlam rəqabəti artırmaq və biliklərini yoxlamaq məqsədi daşıyır.

Kaspi.edu.az xəbər verir ki, yanvar ayından etibarən şagirdlər üçün yerlərdə seçim turları təşkil olunmağa başlanıb və növbəti aylar ərzində qalib komandalar müəyyən edilib.

Mayın 20-də yarışmanın Final turları və qalib komandaların mükafatlandırılması keçiriləcək.

Kaspi Təhsil Şirkəti bütün iştirakçıları təbrik edir və Final turunda uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız