IV qrup üzrə ixtisas seçimi başladı

IV qrup üzrə ixtisas seçimi başladı

IV qrup üzrə ixtisas seçimi başladı

Abituriyentlərin həyatında ciddi mərhələ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM-in  məlumatına görə, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2023-cü il avqustun 16-dan 28-dək in­ter­­net vasitəsilə aparılacaqdır.

DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr edib. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Bu mərhələdə xüsusən diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

Kaspi.edu.az Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə akademik rəhbəri Rəsul Ağayevin III ixtisas seçimi ilə bağlı təhlil və tövsiyələrini təqdim edir.

IV ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi:

Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 3165 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 365 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 570 nəfər, ümumilikdə tələbə qəbulu planı 4100 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 3045 nəfərdir.

İmtahan nəticələrinə əsasən, ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 3477 abituriyent - Azərbaycan bölməsi üzrə 3034 nəfər və rus bölməsi üzrə 443 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 4393 abituriyent - Azərbaycan bölməsi üzrə 3773 nəfər və rus bölməsi üzrə 620 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

Aşağıdakı məqamlara diqqət yetirin:

1) Ötən il - 2022-ci illə müqayisədə Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 5 nəfər azalmış, rus bölməsi üzrə də 65 nəfər artırılmış, lakin hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 60 nəfər artırılmışdır, cəmi tələbə qəbulu planı 120 nəfər artırılmışdır.

2) Ötən il - 2022-ci il illə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı isə 410 nəfər artırılmışdır.

3) Ötən il - 2022-ci illə müqayisədə imtahan nəticələrinə əsasən, ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan abituriyentlərin sayı 7 nəfər azalıb: bu say Azərbaycan bölməsi üzrə 19 nəfər artdığı halda, rus bölməsi üzrə isə 26 nəfər azalmışdır.

4) Ötən il - 2022-ci illə müqayisədə imtahan nəticələrinə əsasən, ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 263 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 235 nəfər, rus bölməsi üzrə isə 28 nəfər artmışdır.

IV ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə TÖVSİYƏLƏR:

1) Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna ümumilikdə tələbə qəbulu planı 4100 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı cəmi 3477 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 4393 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, Müsabiqənin 1-ci şərti üzrə bütün abituriyentlərin "tələbə" adını qazanmaq şansı var, ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 623  (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) azdır. Lakin Müsabiqənin 2-ci şərti üzrə abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 293 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Əlbəttə, abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.

2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı 3045 nəfər təşkil edir. Bu da o deməkdir ki, 290-300 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 3097 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) 290 baldan yuxarı, 3059 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 300 baldan yuxarı nəticə göstərmişdir. Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət Sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

3) 290-300 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il - 2022-ci illə müqayisədə Azərbaycan bölməsi üzrə 550-700 bal aralığında abituriyent saylarında azalma var. Bu o deməkdir ki, keçənilki yüksək keçid balları nisbətən aşağı düşəcək. 300-550 bal aralığında isə abituriyent saylarında artma var. Bu da o deməkdir ki, keçid balları yerində qalacaq və hətta daha da yüksələcəkdir. 200-300 bal aralığında abituriyent saylarında azalma var. Ona görə də seçim zamanı diqqətli olmaq lazımdır.

Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci illə müqayisədə 5 nəfər azaldılmışdır. Bu məqamı da gözdən qaçırmaq olmaz.

5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il - 2022-ci il ilə müqayisədə rus bölməsi üzrə də bütün bal aralıqlarında abituriyentlərin sayında təxminən eynilik vardır və ümumilikdə, cəmi 26 nəfər azalıb, bu da o deməkdir ki, keçid balları yerində qalacaq və ya nisbətən aşağı düşəcək; ona görə də seçimdə çox diqqətli olmaq lazımdır.

Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci illə müqayisədə 65 nəfər artırılmışdır. Bu məqamı da gözdən qaçırmaq olmaz.

Bundan başqa, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı isə 60 nəfər artırılmışdır. Seçim edərkən abituriyentlər çox diqqətli və ehtiyatlı yanaşmalıdırlar.

  6) Ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı ötən il - 2022-ci illə müqayisədə, istər Azərbaycan, istərsə də rus bölməsi üzrə xeyli artmışdır. Ona görə də həmin kateqoriyaya aid olan abituriyentlər seçim zamanı xüsusilə diqqətli olmalıdırlar: ötənilki keçid balları yüksələcəkdir. Onlar yalnız ödənişli əsasları seçməli və ötənilki keçid ballarından xeyli aşağı yerləri yazmalıdırlar.

Əziz valideynlər və abituriyentlər, ixtisas seçimi zamanı diqqətli olun!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız