“Gül əkməklə həyat yarat!”
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- “Gül əkməklə həyat yarat!”
- 03 Oktyabr 2024
“Gül əkməklə həyat yarat!”
Kaspi Ağ Şəhər Liseyinin şagirdlərindən “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə
2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Prezident İlham Əliyevin Sərəncamında qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verir.
Kaspi Liseyinin şagird və müəllim kollektivi də “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələrini verməkdə davam edirlər.
Kaspi Ağ Şəhər Liseyinin şagirdləri “Yaşıl dünya naminə, hər əkdiyimiz gül bir ümid işığıdır. Gələcəyimizə sevgi ilə toxun, gül əkməklə həyat yarat!” şüarını rəhbər tutaraq Liseyin həyətində güllər əkiblər.
Kaspi Ağ Şəhər Liseyinin İbtidai siniflər üzrə direktor müavini Mahirə Hüseynova kaspi.edu.az-a bildirib ki, Yaşıl dünya naminə atılan hər bir addım gələcəyimiz üçün bir ümid işığıdır: “Təbii mühitimizi qorumaq, onun gözəlliklərini yaşatmaq bizim borcumuzdur. Hər əkdiyimiz gül, sadəcə bir bitki deyil, o, sevgi, qayğı və ümid simvoludur. Gələcəyimizi düşünərək hər birimiz gül əkməklə həyat yaratmalıyıq. Toxunmağımız, onun böyüməsi üçün lazımi şəraiti təmin etməyimiz bizi daha gözəl gələcəyə aparacaq. Hər bir gül, yeni bir başlanğıcı, yeni bir həyat tərzini təmsil edir. Birlikdə yaşıl bir dünya yaradaq! Bu sözlər müsbət bir mesaj verir və iştirakçıları ekoloji məsələlərə həvəsləndirir”. Direktor müavini qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə lisey şagirdlərinin töhfəsi həmçinin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a töhfəsidir: “Bu cür tədbirlər həmçinin şagirdləri təbiəti sevməyə ruhlandırır, onların ekoloji biliklərinin artmasına təkan verir”.
kaspi.edu.az