Fermat Riyaziyyat Olimpiadasından Bürünc medal

Fermat Riyaziyyat Olimpiadasından Bürünc medal

Fermat Riyaziyyat Olimpiadasından Bürünc medal

Şagirdimiz 30 ölkənin təmsil olunduğu Riyaziyyat yarışmasında Liseyimizi uğurla təmsil edib

Kaspi Ağ Şəhər Liseyinin VIA sinif şagirdi Fidan Pirmalıyeva Beynəlxalq səviyyəli Riyaziyyat Olimpiadasında medal qazanıb. “Fermat Riyaziyyat Olimpiada”sının (FMO) Vyetnamın Phu Quoc adasında keçirilən qlobal turunda iştirak edən şagirdimiz olimpiadanın Bürünc medalını əldə edib.

kaspi.edu.az xəbər verir ki, 19-21 Yanvarda keçirilən Final yarışında 30-dan çox ölkə təmsil olunub. Qeyd edək ki, Final mərhələsinə qədər F.Pirmalıyeva Beynəlxalq Fermat (FMO) Riyaziyyat Olimpiadasının Azərbaycan seçim mərhələsində iştirak edərək 2-ci yerə layiq görülüb və finalda iştirak etmək hüququ qazanıb.

FMO (Fermat Riyaziyyat Olimpiadası) Vyetnam təşkilat şurası olan “Fermat Education” tərəfindən təşkil olunan və hər il keçirilən müsabiqədir. FMO digər Riyaziyyat Olimpiada yarışlarından fərqli olaraq şagirdlərin problemləri necə oxuması, başa düşməsi və təhlil etməsinə yönəlib. Bu müsabiqə I-XI  siniflərin şagirdləri üçün biliklərini sınamaq meydanıdır. FMO həmçinin çətin bir riyaziyyat meydançasıdır. Yarışma şagirdlərə qlobal miqyasda unudulmaz təcrübələr əldə etməyə böyük imkan yaradır.

Şagirdimizi beynəlxalq yarışmada qazandığı uğura görə təbrik edir və növbəti olimpiadalarda nailiyyətlər arzulayırıq!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız