“Bir olaq, yumruq olaq”
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- “Bir olaq, yumruq olaq”
- 13 Yanvar 2025
“Bir olaq, yumruq olaq”
“Kaspi isdedad sorağında” müasabiqəsinin qalibləri mükafatlandırılıb
Kaspi Bakıxanov Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Bir olaq, yumruq olaq” adlı tədbir və “Kaspi istedad sorağında” müsabiqəsinin final mərhələsi keçirilib.
“Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir 25 dekabrda baş verən təyyarə qəzası ilə əlaqədar təxirə salınmışdı”- deyə liseydən bildirilib.
“Həmrəy olmaq sadəcə bir günə sığışan arzular, təbriklər deyil. Həmrəy olmaq bərabər sevinib sevincimizi böyütdüyümüz qədər, bərabər dərdlənib dərdimizi bölüşməkdir”- deyə tədbirin aparıcısı qeyd edib.
Tədbirdə tarixi gün haqqında məlumat verilib: “Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublakısının Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə verilib. Ulu Öndər təşəbbüsünə qoşularaq Azərbaycançılıq fəlsəfəsini, Azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhvələrini verdilər”.
Tədbirin aparıcıları bildirdilər ki, zamanın hər çağında millətin bütövlüyünü, xalqın həmrəyliyini düşünən vətəndaşlara ehtiyac var: “Parçalanmış vətən torpaqlarının birləşməsi, bütövləşməsi naminə necə igidlər qurban verdi bu vətən! Amma tökülən şəhid qanları hədər getmədi, Şuşa “Xarı bülbül”ünə, biz Şuşaya, Qarabağa qovuşduq. Və artıq tək qayəmiz olmalıdır - Vətən torpağının hər qarışına sahib çıxmaq, Qarabağ, Naxçıvan, Lənkəran, Bakı deyib bölmədən bütöv Azərbaycan ola bilmək!”
İstedadlar mükafatlandırıldı
Tədbirdə noyabr-dekabr aylarında 1-ci və 2-ci mərhələsi baş tutmuş “Kaspi isdedad sorağında” müasabiqəsinin final mərhələsi də keçirilib. Məlumat verilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bacarıq və potensialını üzə çıxarmaq, özünə, isdedadına güvənmə hissini inkşaf etdirməkdir.
Müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Qeyd edək ki, 1-ci yerə Təhminə və Aylin Səmədli bacıları, 2-ci yerə Mehdi Səlim, 3-cü yerə Səməd Allahverdi layiq görülüb.
Tədbir lisey şagirdlərinin rəngarəng bədii nömrələri ilə iştirakçılara xoş ovqat bəxş edib.
Tədbirin ssenari müəllifi liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahvediyevadır.
Qalibləri təbrik edir və bütün azərbaycanılara həmişə həmrəy olmağı arzulayırıq!
kaspi.edi az