Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayır

Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayır

Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayır

Kaspi Liseylərinin 5 komandası iki kateqoriya üzrə festivalda yarışacaq

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr  tarixlərində Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək.

Kaspi.edu.az Elm və Təhsil Nazirliyinə istinad edərək xəbər verir ki, Beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive”  “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçiriləcək.

Festivalın final mərhələsində 11 ölkə təmsil olunacaq. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışacaq.

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.

Qeyd edək ki, Kaspi Liseylərinin 15 nəfərdən ibarət 5 komandası iki kateqoriya üzrə SAF 2023-də yarışacaq. Liseyin "Invictus", "Slasher bot", "Predators", "Millennium" komandaları Vex iq kateqoriyası,  "Xarı Bülbül" komandası isə FLL challenge explore kateqoriyası üzrə festivalda mübarizə aparacaqlar.

Xatırladaq ki, SAF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Kaspi Təhsil Şirkəti Festivalda iştirak edən bütün məktəblilərə uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız