“Bayrağın səsi, Zəfərin nəfəsi”

“Bayrağın səsi, Zəfərin nəfəsi”

“Bayrağın səsi, Zəfərin nəfəsi”

Şagirdlərə Vətənə sevgi, dövlətə və dövlətçiliyimizə hörmətlə yanaşmağı aşılamaq ən vacib amal kimi

“Kaspi” Bakıxanov liseyində Zəfərimizin 5 illiyinə həsr olunan “Bayrağın səsi, Zəfərin nəfəsi” adlı tədbir keçirilib.

Liseydən verilən məlumatda qeyd edilir ki, şagirdlərin ifasında təqdim olunan səhnəciklər, rəqs və kompozisiya çıxışları tədbiri daha yaddaqalan edib: “Bütün çıxışlarda şəhidlərimizə minnətdarlıq, vətənə sevgi, torpağa sədaqət hiss olunurdu. Hazırlanan tədbirlərin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda qurban verilən canlar bahasına bütövləşən vətənimizin azadlığı uğrunda daim ayıq-sayıq olmaqdır. Şagirdlərə Vətənə sevgi, dövlətə və dövlətçiliyimizə hörmətlə yanaşmağı aşılamaq ən vacib amallarımızdandır”.

Kaspi təhsil müəssisələri Zəfər Gününə həsr olunan silsilə tədbirləri davam etdirir.

Zəfər bayramımız mübarək!

Üçrəngli bayrağımız həmişə zirvələrdə dalğalansın!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız